Dərbənddə Nizaminin barmaqlarını sındırdılar













Dərbənd şəhərində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsinə qarşı daha bir vandalizm aktı qeydə alınıb. Abidənin sağ əlinin bütün barmaqlarım sındırılıb. Cinayət sentyabrın 20-də baş verib, vandallar saxlanılmayıb.

Virtualaz.org “Turan”a istinadən xəbər verir ki, bundan öncə ötən ilin noyabr ayında naməlum şəxslər abidənin baş barmağını sındırmışdılar, bundan əlavə, abidənin yaxınlığındakı küknar ağaclarını kökündən çıxararaq oğurlamışdılar.

2015-ci ilin yanvar ayının 8-də naməlum şəxslər şairin abidəsini yandırmağa cəhd etmiş, bundan sonra Dağıstanın keçmiş başçısı Ramazan Abdulatipovun göstərişi ilə onu bərpa edərək, ətrafındakı ərazi abadlaşdırılmışdı.



2013-cü ilin aprel ayında yenə də şairin adını daşıyan parkda ucaldılmış abidənin barmaqları sındırılmışdı. Heykəlin başqa yerlərinə də xəsarətlər yetirilmiş, cinayətkarlar bunun üçün dəmir çubuqlardan istifadə etmişdilər. Dərbəndli jurnalist Telman Tahirli məlumat vermişdi ki, Gəncəvinin abidəsi ilə eyni monumental ansamblı təşkil edən “Yeddi gözəl” kompleksindəki qadın fiqurlarının üzlərinə qırmızı rəng çəkilmişdi. O zaman Dərbəndin ağsaqqalları rayon rəhbərliyinə müraciət etmək istəsələr də, məmurlar onlara qulaq asmaq istəməmişdilər.

Nizami Gəncəvinin Dərbənddəki abidəsi onun adını daşıyan parkda 1992-ci ildə ucaldılıb. Nizaminin həmçinin Rusiyanın digər şəhərlərində – Moskvada, Sankt-Peterburqda, Çeboksarıda, başqa ölkələrin şəhərlərindən isə Daşkənddə, Kişinyovda, Pekində, Romada heykəlləri mövcuddur. Gəncəvinin abidəsinə qarşı vandalizm hallarına mütəmadi olaraq yalnız Dərbənddə rast gəlinir.




Dərbənddə Nizaminin barmaqlarını sındırdılar

Son xəbərlər

Sabahdan daha bir marşrut üzrə bütün avtobuslar yenilənir

Sabah bütün pensiyalar ödəniləcək

Azərbaycanda 5 min manat maaş alan işçilər kimlərdir?

Qaraciyər piylənməsinin qarşısını alan bitki - yemişan

ABŞ Konqresində İranla anlaşma memorandumu tənqid edilib

Azərbaycanda doğulanlar azalıb

Neftin bu günə olan qiyməti

Azərbaycanda qocalar evində yaşayanların sayı açıqlandı – Kimlər qəbul olunur?

Azərbaycanın 33 il əvvəl axtarışa verdiyi şəxs Almaniyada tutuldu

Prezident İlham Əliyev: Azərbaycan qlobal enerji səhnəsində mühüm iştirakçıya çevrilib

Rusiya od içində: Ukrayna PUA-ları Moskva Neft Emalı Zavoduna çatdı

Xətai rayon İcra Hakimiyyəti dəyirmi masa keçirib

Moskva əlindən gələni etdi, Qərb imkan vermədi - Şoyqu

1 vəkil xaric olundu, 1-nə xəbərdarlıq edildi, 5-i isə cərimələndi

Ağcabədidə nöqsanlar aşkarlanan pendir istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Qubada güclü leysan yolu uçurdu - 6 kəndlə əlaqə kəsildi

Ən zəif internet provayderləri açıqlandı

Lukaşenko Zelenskidən üzr istədi – Belarus başçısından sensasiyalı etiraflar

İşçilərin şirkətdə pay sahibi olması: Yeni qanun layihəsi müzakirəyə çıxarıldı

Müəllimlər üçün vahid forma, yoxsa dres-kod?

Göygöldə minlərlə manatlıq gül və ağac alınır

“Qarabağ”ın potensial rəqibləri müəyyənləşdi

Magistraturaya qəbul imtahanının nəticələri açıqlandı

Əhmədlidə açıq ərazidə yanğın başladı

Meloni Ərdoğanın məsləhətinə əməl etdi, siqareti tərgitdi

Əraqçi və Lavrov İran-ABŞ razılaşmasını müzakirə etdi

Alimlər açıqladı: Ağcaqanadlar bəzi insanları niyə daha çox sancır?

Avtomobil sığortası dəyişdi: Qəza törədənlər 30% çox ödəyəcək

Əhliman Əmiraslanov: Bölgələrdə ilkin tibbi xidmətin səviyyəsi çox aşağıdır

Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi

Bütün xəbərlər