Leyla Əliyevanın “Spasibo” və “Molçaniye” kitablarının təqdimatı keçirildi






Nəsimi – şeir, incəsənət və mənəviyyat festivalı çərçivəsində sentyabrın 29-da Bakı Kitab Mərkəzində Xəzər Poeziya Birliyi tərəfindən Nəsimi şeir məclisi təşkil edilib.

AzərTAc xəbər verir ki, tədbirdə, həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Spasibo” və “Molçaniye” kitablarının təqdimatı olub.

Poeziya məclisində iştirak edən Leyla Əliyeva kitablarından bir neçə şeir oxuyub.

Məclisdə gənc şairlər Nəsiminin təsiri ilə yazdıqları şeirlərini səsləndiriblər. Nicat Nəsri, Zaur Rəxşan, Tahirə Bərrar, Rüstəm Tofiq və başqalarının şeirləri böyük şairin sanki ruhu ilə mənəvi körpü yaradıb.

Azərbaycan Yazıçılar Birliyinin Xəzər bölməsinin sədri Arif Buzovnalı gənclərin bu şeirlərinin Nəsimi festivalında təqdim edilməsini yüksək dəyərləndirib. O, həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın şeirindən bir hissəni səsləndirib.

Sonda Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi bir neçə gündür davam edən Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalının əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, Nəsiminin şeirləri bütün dillərdə gözəl səslənir, Şərq poeziyasının gözəlliyini əks etdirir.

Azərbaycan klassik poeziyasının etibarlı əllərdə olduğunu deyən İlqar Fəhmi xalqımızın ənənələrinin bundan sonra da davam edəcəyinə əminliyini bildirib və yaradıcı gəncləri təbrik edib.
Leyla Əliyevanın “Spasibo” və “Molçaniye” kitablarının təqdimatı keçirildi
Leyla Əliyevanın “Spasibo” və “Molçaniye” kitablarının təqdimatı keçirildi

Son xəbərlər

Göygöldə minlərlə manatlıq gül və ağac alınır

“Qarabağ”ın potensial rəqibləri müəyyənləşdi

Magistraturaya qəbul imtahanının nəticələri açıqlandı

Əhmədlidə açıq ərazidə yanğın başladı

Meloni Ərdoğanın məsləhətinə əməl etdi, siqareti tərgitdi

Əraqçi və Lavrov İran-ABŞ razılaşmasını müzakirə etdi

Alimlər açıqladı: Ağcaqanadlar bəzi insanları niyə daha çox sancır?

Avtomobil sığortası dəyişdi: Qəza törədənlər 30% çox ödəyəcək

Əhliman Əmiraslanov: Bölgələrdə ilkin tibbi xidmətin səviyyəsi çox aşağıdır

Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi

Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Qanunsuz silah-sursat aşkarlandı

Dünyanın ən zəhərli ağaclarından biri: Yağışda əsla altında dayanmayın

Bombardman təyyarəsi qəza törətdi - 2 pilot həlak oldu

Hörmüz boğazından keçid pullu ola bilər

“Bu, AZAL-ın beynəlxalq istiqamətlərinə çıxış imkanı verəcək”

Blokadanın bitməsindən sonra İran neft ixracını bərpa etdi

Maştağada bədbəxt hadisə

Qohum təyinatları, təcrübəsiz kadrlar və su təsərrüfatında mübahisəli idarəetmə+Video

Əməkdar artistin xanəndə oğlu vəfat etdi

İlham Əliyevdən mühüm FƏRMAN

İşə maşınla gedənlərin nəzərinə

G7 ölkələri Rusiyaya sanksiyaları artıracaq

Ermənistanda NATO ilə birgə təlimlər başlayır

Avro bahalaşdı

İnfarkt keçirənlərin 99 faizində bu problem olub — Araşdırma

İlham Əliyev fərman imzaladı

Baş nazirdən aqrar sektorla bağlı qərar

1 yaşlı uşaq qızdırmadan öldü

Sabahın havası necə olacaq?

Bütün xəbərlər