hadise
7.10.2018, 19:10
Parisdə atışma: yaralananlar var

Fransanın paytaxtı Parisin mərkəzində atışma olub.
Hadisə Yelisey Sarayı rayonunda qeydə alınıb. Naməlum şəxslər avtomobildə oturan insanlara atəş açıblar. İnsident nəticəsində 2 nəfər yaralanıb.
Hadisəni törədənlər qaçaraq gizləniblər. Yaralılara ilk olaraq polis əməkdaşları kömək ediblər. Bundan sonra onlar xəstəxanaya yerləşdiriliblər.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Təhqiqat aparılır./Publika.az


