dunya
8.10.2018, 08:46
“Prezident olana qədər İran...” - Tramp

Mən prezident olana qədər İran Yaxın Şərqdə hakim mövqedə idi, prezidentliyimdən sonra vəziyyət dəyişdi.
Bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.
İrana yönəlik yürütdüyü siyasəti tərifləyən ABŞ prezidenti vurğulayıb ki, İran o, prezident kreslosuna əyləşməzdən əvvəl Suriyanı, Yəməni, İraq daxil olmaqla bir çox ölkəni ələ keçirmişdi: “Yaxın Şərqin İran tərəfindən idarə olunduğunu müşahidə edirdim. İndi bütün şəhərlərdə İran hökumətinə qarşı etirazlar var”./Teleqraf.com


