RAYON ƏRAZİSİNDƏ SİLSİLƏ OĞURLUQ EDƏN 18 YAŞLI GƏNC SAXLANILDI











Daxili işlər orqanları mülkiyyət və şəxsiyyət əleyhinə olan, xüsusən soyğunçuluq cinayətlərinin qarşısının alınması və bu tipli qanun pozuntularını törədən şəxslərin ifşa olunması istiqamətində növbəti uğurlu əməliyyat-axtarış tədbiri həyata keçirib.
DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan dogruxeber.tv-a verilən məlumata görə, Quba rayon sakini olan bir qadın Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, icarə əsasında işlətdiyi dərzi sexindən pul oğurlanması barədə məlumat verib. Məlumatla əlaqədar rayon polis şöbəsində yaradılan əməliyyat-istintaq qrupu tərəfindən hadisə yerinə baxış keçirib. Araşdırmalarla adı çəkilən ünvana pəncərədən qanunsuz daxil olunaraq oradan 200 manat pul oğurlanması müəyyən edilib.
Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəsini törətməkdə şübhəli bilinən 18 yaşlı şəhər sakini saxlanılıb. Araşdırmalarla onun Qalib Əlibəyov olduğu müəyyən edilib.
Q.Əlibəyovun ətrafında aparılan tədbirlərlə onun digər cinayət əməllərinin də üstü açılıb. Belə ki, adı çəkilən şəxs cari ilin avqust-oktyabr ayları ərzində rayon ərazisində yerləşən 5 müxtəlif mağazalardan ümumilikdə 1020 manat pul və bir fərdi evdən 400 manat pul və 800 manat dəyərində olan qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilib.
Dindirilmə zamanı Q.Əlibəyov törətdiyi cinayətləri etiraf edərək, mağazalara və evə qanunsuz daxil olaraq oradan pul və qızıl-zinət əşayaları oğurladığını bildirib.
Faktlarla bağlı Quba RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, onun başqa oğurluq hadisələrində iştirak edib-etməməsi araşdırılır.

Nizam Həmidov
polis leytenantı





Son xəbərlər

İrəvandan Azərbaycanla bağlı ŞOK etiraf

Ərdoğanın oğlu: İsrailə olar, Rusiyaya yox?

Bu xəstəxanaların qarşısında parklanma ləğv edildi - SİYAHI

Bu şəxslərin vərəsələrinə ödəniş veriləcək - Yeni QƏRAR

Azərbaycanın 92 yaşlı alimi 50 İLDƏN SONRA VƏZİFƏDƏN GETDİ

Şənbə günü Bakıda 30 dərəcə isti olacaq -PROQNOZ

“Sıfır Tullantı” həmrəylik marafonuna start verildi

49 nəfər səhrada susuzluqdan öldü

Bu türk ölkəsi Dubaya uçuşları bərpa etdi

Yeni təmayül tədris modelinin tətbiq ediləcəyi məktəblərə şagird qəbulu elan edilib

Yeni təmayül tədris modelinin tətbiq ediləcəyi məktəblərə şagird qəbulu elan edilib

Qızıl almaq istəyənlər üçün ŞAD XƏBƏR - 1 qramı...

Kompüterlər üçün ilk ultra-sürətli yaddaş yaradıldı

BMT: Dünyada ərzaq ucuzlaşıb

Dövlət Xidməti Ağsuda vətəndaş qəbulu keçirdi

Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb

Yay üçün arıqlamaq istəyənlər bu səhvə yol verməsinlər

Hicran Hüseynova dünyasını dəyişdi

“Liverpul” yeni baş məşqçisini açıqladı

İtaliyada dörd miqrant diri-diri yandırıldı

Məhv olmuş planetin ilk qəti sübutu tapıldı

Oğluna dördüncü dəfə Laçında toy etdi

ABŞ Haitidən gələn və 240 miqrantı daşıyan qayığı saxlayıb

Türkiyə terrorla mübarizədə Nigerə yardım edəcək

Putin İlham Əliyevə buna görə təşəkkür etdi

Yeni Delhidə oteldə yanğın olub – 21 nəfər ölüb, 17-si əcnəbidir

Tovuzun Cəlilli kəndi içməli su ilə təmin olunub

Əraqçi Xameneinin öldürüldüyü vaxt onun ofisində imiş - detalları açıqladı

Livanda ölənlərin sayı 3 526 nəfərə çatdı

Zelenski Putinə görüş və atəşkəs təklif edib

Bütün xəbərlər