dunya
13.10.2018, 19:39
“ABŞ bunu etsə, Təl-Əvivi yerlə-yeksan edəcəyik” – İrandan şok hədə

ABŞ bilməlidir ki, əgər səhv addım ataraq Səudiyyə Ərəbistanını qızışdırıb üstümüzə salsa, İsrailin paytaxtı Təl-Əvivi yerlə yeksan edəcəyik.
Bunu İranın cümə namazının dönəm başqanı axund Əhməd Xatəmi deyib.
Axund İranın İsraili vurmaq üçün güclü uzaqmənzilli raket sistemlərinə sahib olduğunu bildirib:
“Düşmən bilməlidir ki, bizim yumruğumuzu möhkəmləndirən və bizə düşmən qarşısında dayanmağa güc verən həmin raketlərdir”./Teleqraf.com


