Bu gün Azərbaycan millisi Malta komandasını sınağa çəkəcək





Bu gün Azərbaycan yığması UEFA Millətlər Liqasında növbəti oyununu keçirəcək. D Liqasının 3-cü qrupunda yer alan Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv IV tur çərçivəsində Malta yığmasını qəbul edəcək.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək oyun yerli vaxtla saat 20:00-da başlayacaq və “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.

Ötən ay bu komandalar arasında II turun Ta Qali Milli Stadionunda keçirilmiş görüşü heç-heçə ilə nəticələnib - 1:1. Hesabı 10-cu dəqiqədə meydan sahiblərinin futbolçusu Andrey Acus açıb. O, Bədavi Hüseynovun cərimə meydançası daxilində yol verdiyi qayda pozuntusundan sonra təyin edilən penaltini dəqiq yerinə yetirib. Azərbaycan millisi isə bərabərlik qolunu 26-cı dəqiqədə rəqib qapısından keçirib. Riçard Almeydanın vurduğu cərimə zərbəsindən sonra rəqib qapıçı topu qaytarsa da, Təmkin Xəlilzadə təkrar zərbə ilə fərqlənib.

Malta hələlik yalnız Azərbaycan millisindən xal ala bilib. Qrupda keçirdiyi bütün oyunlarda qol vuran "cırtdanlar", ilk turda Farer adalarına, oktyabrın 11-də isə Kosovoya səfərdə eyni hesabla uduzub - 1:3.

İlk qələbəsini 3 gün öncə Farer adalarında 3 cavabsız qolla qazanan Azərbaycan isə I tur qarşılaşmasında Bakıda Kosovo ilə qolsuz bərabərə qalıb.

Q.Qurbanov sərəncamında olan bütün futbolçulardan istifadə edə bilər. Rəqib düşərgədə isə heyətlə bağlı əsas problem Kosovo ilə qarşılaşmada qırmızı vərəqə alan kapitan Maykl Mifsudun cəzalı duruma düşməsidir. Baş məşqçi Rey Farruciyanın 37 yaşlı forvardın yerinə hücumda Alfred Effionq və ya Jan-Pol Farruciyaya şans verəcəyi gözlənilir.

Baş məşqçi müdafiəçilər - zədəsini sağaldan Rayab Kamillerinin və cəzası başa çatan Jozef Zerafanın da xidmətindən yararlana biləcək.

Qeyd edək ki, qrupun digər oyununda Farer adaları Kosovonu qəbul edəcək. Üç turdan sonra Kosovonun 7, Azərbaycanın 5, Farer adalarının 3, Maltanın isə 1 xalı var.

Oxunub: 846

Son xəbərlər

Pentaqonda qalmaqal: Əsgər iştirak etdiyi Maduro əməliyyatına mərc edib

Kəlbəcər və Laçına sulu qar yağıb

SHXÇDX-nin rüşvət almaqda təqsirləndirilən 8 vəzifəli şəxsi həbs edilib - BİRGƏ MƏLUMAT

Qızıl ucuzlaşmağa DAVAM EDİR

İsrail və Livan arasındakı atəşkəs üç həftə uzadılacaq

Günün valyuta məzənnələri açıqlanıb

Odessaya kütləvi dron hücumu nəticəsində 2 nəfər ölüb, 14 yaralı var

"Abşeron Lions" "Neftçi"ni məğlub edib

Cəlilabad Dövlət Peşə Təhsili Mərkəzi yeni nəqliyyat vasitələri satın alır

Sahil Babayev yenidən Azərbaycan Boks Federasiyasının prezidenti seçildi

Gəncədə dəm qazından boğulub ölən və zəhərlənənlər var

Bugünkü əməliyyatda saxlanılanların – Adları

Azərbaycanda maaş sistemi dəyişir – YENİ MODEL

ABŞ Hind okeanında İrana məxsus neft tankerini ələ keçirdi

Tarixin ən böyük enerji böhranı: "Çox neft və qaz itirdik"

Naxçıvan şəhərinin ticarət rəhbəri işdən çıxdı

Sosial media istifadəçilərinin NƏZƏRİNƏ

“Nə vaxta qədər ərə siqaret pulu verməli idim?”

Nazir yeni aparat rəhbəri təyin etdi

"Qalatasaray" TFF ilə bütün əlaqələrini kəsdi

“Yelo Bank”da mənfəət kəskin azalır

UFO tədqiqatçıları ya itkin düşür, ya da ölü tapılır - ABŞ-də müəmmalı hadisə

Yaponiyada 230 min toyuq MƏHV EDİLDİ

Pentaqonda daha bir istefa

TƏBİB: Yeni təyinatlarla bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir

Vergi orqanlarına edilən müraciətlərin sayı 14%-ə yaxın azalıb

Rəqsanə İsmayılova barəsindəki qərar dəyişdirildi

ADSEA Kürün daşması ilə bağlı məlumatlara AYDINLIQ GƏTİRDİ

Ohanyan: “İrəvan 28 mayda Azərbaycana hesabat verəcək”

Prezident müraciət ünvanladı

Bütün xəbərlər