Azərbaycan sivilizasiyaların dialoquna töhfə verdi – Deputat












Mötəbər beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi ölkəmizin dünya miqyasında böyük nüfuzunun göstəricisidir. Tədbirlərdə müzakirə edilən qlobal məsələlər, bəşəriyyətin ümumi inkişafına xidmət edən çağırışlar əhəmiyyətinə görə dünyanın diqqətini Azərbaycana yönəldir.

Bunu Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib.

O bildirib ki, VI Bakı Beynəlxalq Forumu ilə Azərbaycan növbəti dəfə sivilizasiyalararası dialoqa öz töhfəsini verdi. Onun sözlərinə görə, bu forum miqyası baxımından önəmli platformadır:

“Forumda Prezident İlham Əliyev dərin məzmunlu çıxış etdi. Dövlət başçısı çıxışında vurğuladı ki, Azərbaycan müstəqillik dövründə çox uğurlu inkişafa nail ola bilib. Ölkəmizdə sabitlik, təhlükəsizlik hökm sürür. Sabitliyin mənbəyi Azərbaycan xalqının iradəsidir. Ölkəmiz beynəlxalq müstəvidə böyük hörmət qazanıb və bizimlə əməkdaşlıq edən ölkələrin sayı günü gündən artır. Zənnimcə, cənab Prezidentin səsləndirdiyi bu fikirlər Azərbaycan dövlətinin apardığı, xalq tərəfindən birmənalı şəkildə dəstəklənən düzgün və ardıcıl siyasət nəticəsində Azərbaycanın dünya birliyi tərəfindən etibarlı tərəfdaş və dost ölkə kimi qəbul edildiyinin təsdiqidir”.

P.Kərimzadə qeyd edib ki, forumda 86 ölkə və 24 beynəlxalq təşkilatdan 581 nümayəndə bəşəriyyətdə maraq doğuran geniş spektrli qlobal məsələlərə həsr olunan dialoqlarla, müzakirə və fikir mübadilələri ilə bir sıra problemlərin həll yollarını araşdırdı, dünyanı narahat edən aktual məsələlərə aydınlıq gətirməyə çalışdı:

“Dünyanın tanınmış siyasət, elm, mədəniyyət, təhsil xadimləri Bakıda bir araya gələrək gələcək naminə, insanlıq naminə birləşməyə çağırışlar etdilər, beynəlxalq miqyaslı tədbirin təkcə Azərbaycan üçün deyil, bütün dünya dövlətləri üçün böyük əhəmiyyət kəsb etdiyini vurğuladılar. Bir sözlə, dünyanın Azərbaycana toplaşmasına şərait yaradan forum ölkəmizin və bütün mütərəqqi dünyanın tarixində, habelə yeni çağırışların həlli, sivilizasiyalararsı toqquşmadan yayınmaq yolunda şərtləndirici mərhələ olduğunu göstərdi”./Teleqraf.com

Son xəbərlər

İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alındı

Millət vəkili: Azərbaycanın xarici siyasəti qlobal miqyasda sülhü və qarşılıqlı anlaşmanı təşviq edir

Bu barədə yalan məlumat verənlər cərimələnəcək - Yenilənib

Dünya çempionatı açılışında dava düşdü

128 min manatlıq dələduzluq etsə də, məhkəmə zalından azadlığa buraxıldı

“Nar” abunəçiləri üçün eSIM nömrələrdə “Asan İmza” xidməti istifadəyə verildi

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nümayəndələri üçün ÇİRES-ə infotur təşkil olunub

Bu rayonlarda ehsan LƏĞV EDİLDİ

Bakıda yaşlı kişi dənizdə boğularaq öldü

İrəvan QARIŞDI - MSK binası mühasirəyə alınır

Onlar Azərbaycanın imicinə zərbə vurmağa çalışır...

26 yaşlı oğlan kafedə qətlə yetirilib

DYP-dən “Son zəng”lə bağlı müraciət

İlon Mask tarixdə ilk trilyonçu oldu

Rusiyada kütləvi PUA hücumu: 231 dron vuruldu

Azərbaycana güclü istilər gəlir: Temperatur 40 dərəcəyə çatacaq

Pensiyanız arta bilər - Çoxunun bilmədiyi hesablama

Həftəsonu 15 min 700-dən çox bakalavr imtahan verəcək

Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub

Rusiyanın səfiri İrəvana qayıtdı: Moskvada hansı təlimatlar alıb?

Şuşa Bəyannaməsi Cənubi Qafqazda yeni təhlükəsizlik və əməkdaşlıq modelinin əsasını yaradıb

Bakı Metropoliteni yay qrafikinə keçid edir

Azərbaycanda qida məhsulları ucuzlaşıb

Hakan Fidandan Vaşinqton və Tehrana hədəfli çağırış: "Proses alt-üst oldu"

Sosial şəbəkələrdə mənə qarşı şantaj tipli yazılar yazmağa başladılar – Psixoloq

Türkiyə anons etdi: Ermənistanla sərhədlər açılır, ticarət milyarda yüksələcək

Saxta pilot hər kəsi aldatdı - 17 il sənədsiz uçuş etdi

“Qarabağ” Bikalyo ilə müqavilənin detallarını açıqladı

"Bu, bankların kredit verməsini asanlaşdıracaq" - İqtisadçı

Daha bir həkim dünyasını dəyişdi - FOTO

Bütün xəbərlər