Aydın Quliyev:”Dövlət bayrağımızla bağlı Heydər Əliyevin böyuk bir istəyi hələ həyata keçirilməyib”













“Dövlət bayrağımızla bağlı Heydər Əliyevin böyuk bir istəyi hələ həyata keçirilməyib”

Bunu Baki-xeber.com-a saytın və eyniadlı qəzetin baş redaktoru Aydın Quliyev deyib. Baş redaktor deyib:”1990-cı ildə Naxçıvan Ali Məclisində üçrəngli bayraği Naxçıvanın dövlət bayrağı kimi qəbul etdirərkən Heydər Əliyev bunu daha dərin uzantıları olan bir dövlətçilik planının ilk addımı kimi həyata keçirdi. Ali Məclisin həmin iclasındakı çıxışında Azərbaycanın mərkəzi hökumətinə rəsmi müraciət etdi ki, Azərbaycanın dövlət rəmzləri yeni tarixi şəraitə uyğunlaşdırılsın. Sonra olanlar bəllidi. Üçrəngli bayraq Azərbaycanın dövlət bayrağı kimi qəbul edildi, ayrıca qanun qəbul olundu və s. Dövlət rəmzlərimizin institutlaşdırılması istiqamətində addımlar ardıcıl davam etdirildi, bu gün də proses irəliləyir. Bayrağa ümumxalq sevgisinin dərinləşdirilməsi üçün təbliğat-təşkilat işləri həyata keçirilir. Ancaq Heydər Əliyevin bir fikrinin hələ həyata keçmədiyini düşunurəm. Məşhur çıxlşlarının birində dəqiq deyib ki,”Azərbaycanın dövlət bayrağı hər evdə, hər ailədə olmalıdır”.Razılaşaq ki,dövlətçilik dəyərlərinin həm də ümumi ailə dəyərinə çevrilməsi üçün bunun misilsiz rolu ola bilər. Heydər Əliyev bayrağın hər bir evdə ən qiymətli ailə sərvətinə çevrilə biləcəyini öncədən görmüşdü. Ancaq bu gün heç də bütün ailələrdə bayraq saxlanmır,bəlkə tək -tək ailələrdə var. Söhbət süvenir bayraqdan yox, rəsmi standartlara uyğun əsl bayraqdan gedir. Evlərdə əsl dövlət bayrağının saxlanmasına qanuni maneçilik varsa, bunu aradan qaldırmaq lazımdır. Heç də bütün ailələrin əsl bayrağı almağa maddi imkanı olmadığı üçün bunu dövlət hesabına etməyin yolları axtarılsa çox yaxşı olar. Məsələn,rəsmi nikah kəsiləndə hər bir ailəyə cənab Prezidentin adından bir dövlət bayrağı hədiyyə edilə bilər. Bunun ailələr üçün ən böyük maddi hədiyyələrdən daha dəyərli və təsirli olacağina yəqin kimsə şübhə etməz. Hər bir vətəndaşın bayrağımlza daha ürəkdən bağlanması və onun qarşısında daha məsul olması ücün bu işləri görməyinə dəyər. Ailələrin əsl bayraqla təmin olunmasının başqa formaları da tapıla bilər. Forma önəmli deyil. Əsas odur ki,bu olsun”

Son xəbərlər

Abşeron rayonunun tam orta məktəblərində “Son zəng” tədbirləri keçirilib

Sumqayıtda Milli Qurtuluş Günü qeyd olundu – FOTOLAR

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Nyu-York birjasında təbii qaz yenidən bahalaşıb

Zaqatalada iki nəfəri ilan sancdı: ölən var

Kılıçdaroğlu mənə bunu deyə bilməz, başına oyun açaram…

Telefonların bu funksiyalarından çoxları xəbərsizdir

Özbəkistan Misirlə daha güclü iqtisadi əlaqələr qurmaq istəyir

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı

Tut ağacından yıxılıb öldü

Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib - Araşdırma BAŞLANILDI

Əfqanıstanda qadınların etiraz aksiyalarını yatırmaq üçün hərbi texnika cəlb edildi

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir - ŞOK

“Bir plus” mağazasından şikayət: Nasaz məhsullar satılır?

Litvada həyəcan siqnalı: qırıcılar havaya qaldırıldı

Yatmağı çox sevən 4 bürc açıqlandı

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

Polad Həşimovun oğlu Teymur da məktəblə vidalaşdı - FOTO

Keçmiş məhkum Nərimanovda 5 min dollar oğurladı - Saxlanıldı

Türkiyədə Azərbaycan vətəndaşından külli miqdarda narkotik götürüldü

Tutun bilinməyən zərərləri - Kimlər bu meyvəni yeməməlidir?

Su polisi Hövsanda qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxlayıb

Dövlət Xidməti Gədəbəydə gənclər üçün tədbir keçirdi

Məşhur rus alim Ermənistan hava limanında saxlanıldı

Zəngilanda müşavirə keçirildi

Xətai rayonunda “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı möhtəşəm konsert proqramı təşkil edilib+VİDEO

Türk dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7 milyard dolları ötüb

Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN

Səhhəti pisləşdi, konsertləri təxirə salındı

Ukrayna ordusuna daha çox əcnəbi könüllülər cəlb olunacaq

Bütün xəbərlər