Dövlət bayrağı meydanında müəmmalı “bayraq dəyişmə” (FOTOLAR)













2017-ci ilin avqustunda müəmmalı şəkildə endirilən bayraqdan sonra dirəyi də söküldü. Dənizkənarı Bulvar İdarəsi müəmmanın adını “texniki baxış” qoysa da, Baş nazirin sabiq müavini Abid Şərifov bayraq dirəyi zavodda hazırlanarkən küləyə davamlılıqla bağlı müəyyən nöqsana yol verilib dedi: “Buna görə də xarici ekspertlər də dəvət olundu və bayraq dirəyi söküldü”.
dogruxeber.tv modern.az-a istinadən xəbər verir ki, öncə bayraq və dirək yığışdırıldı, sonra isə Bayraq meydanını sökməyə başladılar.
Prezidenti İlham Əliyevin 2007-ci il 17 noyabr tarixli, 2504 saylı sərəncamına əsasən, Bakı şəhərində Dövlət bayrağı meydanı yaradılıb. 2007-ci il 30 dekabr tarixində Prezidentin iştirakı ilə meydanın təməli qoyulub. 2010-cu il sentyabrın 1-də təntənəli açılışı və bayrağın qaldırılması mərasimi olub.
Meydan üçün seçilmiş yer dövlət bayrağının paytaxtın müxtəlif nöqtələrindən görünməsinə imkan yaradırdı.
Amerika Birləşmiş Ştatlarının “Trident Support” şirkəti tərəfindən hazırlanmış layihənin icrasını Azərbaycanın “Azenko” şirkəti yerinə yetirib. Ümumi ərazisi 60 hektar olan meydanda xüsusi layihə əsasında reallaşdırılan tikinti işlərini xarici və yerli mütəxəssislər həyata keçiriblər.
Qeyd edək ki, bir müddət öncəyədək Dövlət bayrağı meydanında dalğalanan bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, ağırlığı isə 350 kiloqramdır. Bayrağın çəkisi yaş halda artır. Bayraq dirəyi pyedestal üzərində yerləşirdi. Pyedestal Prezident İlham Əliyevin şəxsi ideyasına uyğun olaraq, səkkizgüşəli ulduz formasında tikilib.
Ümumilikdə bayrağı dəyişmə prosesi – 16-17 dəqiqə çəkirdi. Budəfəki müəmmalı “bayraq dəyişmə” prosesi isə hələ ki, 8 aydır davam edir…
Bir neçə gün öncə Dövlət bayrağı Meydanında söküntü işlərinə başlanılıb. Əraziyə texnika cəlb olunub və meydanın bir hissəsi qazılıb.
Modern.az-ın əməkdaşı məsələ ilə bağlı Dənizkənarı Bulvar İdarəsindən açıqlama almaq istəsə də, hər hansı cavab almaq mümkün olmayıb.

Dövlət bayrağı meydanında müəmmalı “bayraq dəyişmə” (FOTOLAR)


Dövlət bayrağı meydanında müəmmalı “bayraq dəyişmə” (FOTOLAR)



Dövlət bayrağı meydanında müəmmalı “bayraq dəyişmə” (FOTOLAR)

Son xəbərlər

Bu şəxslərə maaş yeni qayda ilə VERİLƏCƏK

Tehranın uranı üçüncü ölkəyə köçürməyə razılaşdığı iddiası doğru deyil - “Fars

Azərbaycan polisi bir gündə 111 nəfərin saxlanılması barədə MƏLUMAT YAYDI

SON DƏQİQƏ! Bakının bu ərazisində yanğın oldu

70 milyard avroluq yardım Ukraynaya göndəriləcək

İrandan Azərbaycana keçməyə cəhd göstərən əcnəbilər saxlanılıb

Siqaret yenidən bahalaşır - Səbəb açıqlandı

İlham Əliyev Kralı təbrik etdi

Bakıda ABŞ təhsil sərgisi açılıb

Bakıda böyük söküntü başlayır: siyahıda bu ərazilər var

Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb

Abşeronda kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib

Məhkəmə sədrinə ağır itki

Onların hələ də müəyyən sayda raketləri və PUA-ları var - Tramp

Rusiya ordusu Zaporojyeyə dronlarla zərbələr endirdi

İran Amerika bazalarına zərbələr endirməyə hazırdır - Xameneinin müşaviri

İrəvandan Azərbaycanla bağlı ŞOK etiraf

Ərdoğanın oğlu: İsrailə olar, Rusiyaya yox?

Bu xəstəxanaların qarşısında parklanma ləğv edildi - SİYAHI

Bu şəxslərin vərəsələrinə ödəniş veriləcək - Yeni QƏRAR

Azərbaycanın 92 yaşlı alimi 50 İLDƏN SONRA VƏZİFƏDƏN GETDİ

Şənbə günü Bakıda 30 dərəcə isti olacaq -PROQNOZ

“Sıfır Tullantı” həmrəylik marafonuna start verildi

49 nəfər səhrada susuzluqdan öldü

Bu türk ölkəsi Dubaya uçuşları bərpa etdi

Yeni təmayül tədris modelinin tətbiq ediləcəyi məktəblərə şagird qəbulu elan edilib

Yeni təmayül tədris modelinin tətbiq ediləcəyi məktəblərə şagird qəbulu elan edilib

Qızıl almaq istəyənlər üçün ŞAD XƏBƏR - 1 qramı...

Kompüterlər üçün ilk ultra-sürətli yaddaş yaradıldı

BMT: Dünyada ərzaq ucuzlaşıb

Bütün xəbərlər