Xalçalarımız niyə satılmır? – “Azərxalça” rəhbərliyi cavab tapa bilmir













Azərbaycan xalça istehsalı sürətlə artsa da, istehsal edilən xalçaların satışında problemlər müşahidə olunur.

BakuPost-un məlumatına görə, bu, Dövlət Statistika Komitəsinin açıqladığı hesabatlardan da aydın görünür. Məsələn, 2017-ci ilin yanvar-sentyabr aylarında ölkədə 408,4 kv.m xalça toxunub. Bu, 2016-cı ilin anoloji dövrü ilə müqayisədə 2,8 dəfə çoxdur. Ancaq 2017-cı il oktyabrın 1-ə anbarlarda bundan 3 dəfə çox – 1275,4 kv.m xalça qalıb. Bu il yanvar-sentyabr aylarında xalça istehsalı keçən ilin müvafiq dövrü ilə müqayisədə 2,7 dəfə artaraq 1118,7 kv.m olub.

Ancaq anbarlarda istehsal edilən xalçalardan 57 faiz çox , yəni 1762,1 kv.m mal qalıb. Bu ilin yanvar-sentyabr ayları ilə keçən ilin anoloji dövrünü müqayisə etmək, anbarlarda qalan xalçanın həcmi də 38 faizdən çox artıb. Yeganə təsəlliverici məqam odur ki, keçən il anbarlarda toxunan xalçalardan 3 dəfə çox mal olubsa, bu il anbarlarda toxunan xalçalardan 57 faiz çox mal qalıb. Yəni az da olsa, bir az müsbət meyl qeydə alınıb.

Ancaq bunu anbarlardan qalan xalçaların həcminin ili-ildən sürətlə artması fonunda təsəlliverici hal kimi qəbul etmək mümkünsüzdür. Qeyri-neft sektorunun inkişafını diqqətdə saxlayan Azərbaycan hökuməti bu istiqamətdə xalça istehsalının artmasına da xüsusi diqqət yetirir. Təsadüfi deyil ki, dövlət başçısı regionlara səfərləri zamanı xalça istehsalı müəssisələrinin açılışında iştirak edir, xalçaçılarla görüşür. Bu müəssisələr “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti filialları qismində yaradılır. Həm də belə müəssisələr dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına yaradılır.

Qeyd edək ki, “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti Prezident İlham Əliyevin 5 may 2016-cı il tarixli 2032 saylı sərəncamı ilə yaradılıb. Cəmiyyətin əsas vəzifəsi xalça və xalça məmulatlarının istehsalı, ixracı, onların ölkə daxilində və xaricdə satışının təşkili, xalça və xalça məmulatlarının istehsalında yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsindən ibarətdir.

“Azərxalça”-nın rəsmi saytında qeyd edilir ki, ilkin mərhələdə “Azərxalça” ASC-nin Füzuli (Horadiz), Ağdam (Quzanlı), Tovuz, Ağstafa, Qazax, Şəmkir, Quba, İsmayıllı, Xaçmaz və Qəbələ rayonlarında filiallarının yaradılması nəzərdə tutulub , 2016-2017-ci illərdə bu rayonlarda binaların tikintisi başa çatdırılıb, filiallar fəaliyyətə başlayıb. Hazırda cəmiyyətin Füzuli, Şəmkir, Quba, Xaçmaz, Ağdam, İsmayıllı, Qəbələ, Ağstafa, Qazax və Tovuz filiallarında ümumilikdə 830 nəfər toxucu və inzibati-texniki işçi çalışır. O da nəzərə çatdırılır ki, Prezidentin sərəncamlarına uyğun olaraq, 2018-ci ildə Bakı və Naxçıvan şəhərlərində, Abşeron, Lənkəran, Biləsuvar, Kürdəmir, Qobustan, Şabran, Goranboy və Tərtər rayonlarında xalça istehsalı emalatxanaları yaradılacaq. Bundan əlavə, Naxçıvan şəhərində, Bərdə, Qobustan, Sabirabad və Şabran rayonlarında regional yun və boyaq bitkilərinin tədarükü məntəqələrinin yaradılması nəzərdə tutulub. Bu sahəyə göstərilən yüksək diqqət və qayğının nəticəsidir ki, Prezident İlham Əliyevin 28 fevral 2018-ci il tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib.

Bəs əsas vəzifəsi həm də xalça və xalça məmulatlarının ixracı, onların ölkə daxilində və xaricdə satışının təşkili olan “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti ötən 2 ildə bu istiqamətdə üzərinə düşən vəzifəni niyə yerinə yetirə bilmir? Niyə dövlətin vəsaiti hesabına tikilən müəssisələrdə istehsal edilən xalça həcmi sürətlə artsa da, bu malların əksəriyyəti anbarlarda qalır? BakuPost bu suallarla “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinə müraciət edib. Ancaq şifahi, daha sonra qurumun mətbuat xidmətinin rəhbərinin istəyi nəzərə alınaraq yazılı formada göndərilən suallara cavab almaq mümkün olmayıb. 3 gün ötsə də, “Azərxalça” rəhbərliyi xalça ixracı, satışı sahəsində yaranan problemin səbəbləri və bu problemlərin həlli yolunda hansı addımlar atmağa planlaşdırdıqlarına aydınlıq gətirə bilməyib…

Son xəbərlər

Bu rayonlarda ehsan LƏĞV EDİLDİ

Bakıda yaşlı kişi dənizdə boğularaq öldü

İrəvan QARIŞDI - MSK binası mühasirəyə alınır

Onlar Azərbaycanın imicinə zərbə vurmağa çalışır...

26 yaşlı oğlan kafedə qətlə yetirilib

DYP-dən “Son zəng”lə bağlı müraciət

İlon Mask tarixdə ilk trilyonçu oldu

Rusiyada kütləvi PUA hücumu: 231 dron vuruldu

Azərbaycana güclü istilər gəlir: Temperatur 40 dərəcəyə çatacaq

Pensiyanız arta bilər - Çoxunun bilmədiyi hesablama

Həftəsonu 15 min 700-dən çox bakalavr imtahan verəcək

Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub

Rusiyanın səfiri İrəvana qayıtdı: Moskvada hansı təlimatlar alıb?

Şuşa Bəyannaməsi Cənubi Qafqazda yeni təhlükəsizlik və əməkdaşlıq modelinin əsasını yaradıb

Bakı Metropoliteni yay qrafikinə keçid edir

Azərbaycanda qida məhsulları ucuzlaşıb

Hakan Fidandan Vaşinqton və Tehrana hədəfli çağırış: "Proses alt-üst oldu"

Sosial şəbəkələrdə mənə qarşı şantaj tipli yazılar yazmağa başladılar – Psixoloq

Türkiyə anons etdi: Ermənistanla sərhədlər açılır, ticarət milyarda yüksələcək

Saxta pilot hər kəsi aldatdı - 17 il sənədsiz uçuş etdi

“Qarabağ” Bikalyo ilə müqavilənin detallarını açıqladı

"Bu, bankların kredit verməsini asanlaşdıracaq" - İqtisadçı

Daha bir həkim dünyasını dəyişdi - FOTO

Türkiyə və Bolqarıstan sərhəddə yeni keçid məntəqəsi yaradacaq

Gəmiyə hücumda həlak olanlar dəfn edildi

Paşinyan yeni hökumətlə bağlı müzakirələrə başladı

Məhərrəm ayının və Aşura Gününün vaxtı açıqlandı

Azay Möhnətov kimdir? — "İlyasın kafesi" “AF Mall”la necə "qohum"dur? -DETALLAR

"İdrak"da olay: silahın sahibi də cinayət təqibinə cəlb olundu

Gəncədə kütləvi dava - Yaralılar var

Bütün xəbərlər