Bakının kirayə bazarında böyük bahalaşma













Nüsrət İbrahimov: “Proses hələ davam edəcək”
Paytaxtın kirayə mənzil bazarında kəskin bahalaşma və təklifin azalması müşahidə edilir. Bu günlərdə bu bazarda apardığımız müşahidələr göstərir ki, 1-2 otaqlı mənzillərin kirayə qiymətində 20 faizdən yuxarı artım qeydə alınıb. Son bir ayda qiymətlər belə mənzillər üçün 300 manatdan 350-400 manatadək yüksəlib.

Kirayə haqlarının bahalaşması xüsusilə metro stansiyalarına yaxın ərazillərdə həm də qıtlıqla müşayiət olunur. Belə ki, Qara Qarayev-Neftçilər-Xalqlar Dostluğu-Əhmədli-Həzi Aslanov ərazisində kirayə mənzil tapmaq müşkülə dönüb. Bu ərazilərdə nəinki köhnə, heç yeni binalarda da kirayə verilən mənzilləri boş tapmaq olmur.

Qeyd olunan ərazilərlə yanaşı, Bakının ətraf qəsəbələrində də kirayə haqlarında ciddi artım var. Məsələn, Buzovna qəsəbəsində orta təmirli 1-2 otaqlı mənzillərin kirayə haqqı 200-250 manatdan 300 manata yüksəlib. Eyni hal digər ətraf qəsəbələrdə də müşahidə olunur.

Mənzil bazarı iştirakçılarının verdiyi məlumata görə, kirayə haqlarının artması bazardakı qıtlıqla bağlıdır. Belə ki, hökumətin həyata keçirməkdə olduğu pilot layihələr çərçivəsində 50-dən çox bina sökülüb: “Bu binaların özlərində kirayə evlər vardı. Bundan əlavə, şəhərin kirayə bazarının aktiv olduğu ərazilərində söküntülər aparılır. Bu, kirayə verilən mənzillərin sayında azalmaya səbəb olub. Digər tərəfdən, sökülən mənzillərdə yaşayan əhalinin böyük hissəsi müəyyən bir dövr üçün də olsa kirayə ev tutmalı olur. Bu isə kirayə bazarında tələbatı artırıb”.

Bəzi bazar iştirakçıları son vaxtlar Rusiyadan Bakıya gəzməyə gələnlərin sayının çoxalmasının da kirayə bazarına təsir etdiyini deyirlər. Onların sözlərinə görə, xeyli sayda Rusiya vətəndaşının Bakıda tanışları, dostları yaşayır və onlar həmin şəxslərin yardımı ilə kirayə ev tuturlar: “Bildiyiniz kimi, Bakıda hotellərdə qiymətlər xeyli yüksəkdir. On gün hoteldə qalmaq xərcinin yarısına normal ev tutmaq olur. Buna görə də ruslar Bakıya gələndə ev tutmağa üstünlük verirlər”.

Nüsrət İbrahimov ile ilgili görsel sonucu

“MBA Group” konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov deyir ki, kirayə bazarındakı bahalaşmanın birinci səbəbi mövsümi amildir: “Payız ayları adətən mövsümi aylar sayılır: tələbələr gəlir, bazarda aktivlik yaranır. Sentyabrın sonlarında isə yerdəyişmələr başlayır, oktyabrın sonunadək davam edir. İkinci səbəb təklif portfelinin azalması ilə bağlıdır. Məsələn, əgər əvvəllər biz ay ərzində 1300-1400 təklif yığa bilirdiksə, indi onların sayı 800-900-ə düşüb. Bu da həm xruşşovkaların, həm Sovetski, həm Alatava, həm də Xutorda aparılan söküntülərlə bağlıdır. Üçüncü faktor isə budur ki, 2015-ci ildə devalvasiyadan sonra satış qiymətləri yerində qalsa da, kirayə haqları azalmışdı. İndi kirayə haqları əvvəlki mövqeyini bərpa edir”.

Ekspert hesab edir ki, turistlərin kirayə ev tutması faktoru kirayə haqlarına təsir edəcək qədər böyük deyil: “Burada elə bir kütləvilik yoxdur”.

N.İbrahimovun sözlərinə görə, kirayə bazarında artım davam edəcək: “Mənzilin satış qiyməti ilə onun illik gəlirliliyi arasında müəyyən balans olmalıdır. Bu balans haradasa 5,7-6 faiz təşkil edir. Bu gün bu gəlirlilik hələ təmin olunmayıb – təxminən 5,3-5,4 faiz civarındadır. Buna görə də kirayə haqlarının bir qədər də bahalaşması ehtimalı var”.

Bakının kirayə bazarında böyük bahalaşma

Oxunub: 877

Son xəbərlər

Azərbaycan Çinlə avtomobil yük daşımalarında kvotanı 5 dəfə artırıb

"Həzi Aslanov" metrostansiyasında görülən işlərə dair son vəziyyət açıqlanıb

Rusiyada əlverişsiz hava şəraitinə görə 1 uşaq ölüb, 31 nəfər xəsarət alıb

Dünya və Avropa çempionumuz Kamran Zeynalov Özbəkistanda keçirilən beynəlxalq konfransda çıxış edib

Azərbaycan Beynəlxalq Təchizat Zənciri və Liman Logistikası sərgisində iştirak edir

Almaniyanın diplomatları Xankəndi ilə tanış olublar

Aİ Myanmaya qarşı sanksiyaları bir il uzadıb

Avropa İttifaqının Gürcüstandakı səfiri XİN-ə çağırılıb

BTC ilə bu il nəql olunacaq “Kaşaqan” neftinin həcmi açıqlanıb

Azərbaycanda quş qripi və nyukasl xəstəliyinə yoluxma var? (RƏSMİ AÇIQLAMA)

Buraxılış imtahanında xarici dildən hansı tələblər olacaq?

Vüsalə Əlizadə Azəri qızı Günel ilə qohum oldu

Bu şəxslərin vergi tutulan aylıq gəliri 400 manat azaldılacaq

Bir sıra qanunların "Maliyyə icarəsi haqqında" qanuna uyğunlaşdırılması I oxunuşda qəbul olunub

Azərbaycanlı xanımla evlənmək üçün SÜNNƏT OLDU

Əmək müqaviləsinə xitam verilməsi qaydası dəyişir

Tramp İrana üç gün vaxt verdi: İran müharibəyə hazırlaşır

"Gernika" bu dəfə dünyanın diqqətini İlham Əliyevin Qafqazda sülh naminə yürütdüyü siyasətlə cəlb edir

İki avtomobilin arasında qalaraq öldü

İlham Əliyev Cənubi Afrika Prezidentini təbrik etdi

Əli-Səttar Quliyev işdən çıxdı - Nazirdən yeni təyinat

İlham Əliyevin Çexiyanın Baş naziri ilə təkbətək görüşü keçirilib

İmtahanların başlama saatı DƏYİŞDİRİLDİ

Amnistiya aktının icrası başa çatıb

Kür çayının aşağı axınına suyun buraxılması qərara alındı

Azərbaycan deflimpiyaçıları karate üzrə şotokan dünya çempionatında 7 medal qazanıblar

Bu maşınlara işıq və səs siqnallarından istifadə HÜQUQU VERİLİR

2025-ci ildə qlobal hərbi xərclər 2,8 trilyon dolları keçib

Misli Premyer Liqası: "Sabah" üçün asan, "Zirə" üçün çətin rəqib

Azərbaycan boks millisi Dünya Kubokunda komanda hesabında ikinci yeri tutub

Bütün xəbərlər