ADNSU-da Azərbaycan kinosunun 120 illiyi qeyd edildi - FOTO













Bu gün Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycan kinosunun 120 illiyinə həsr olunmuş "Azərbaycan Kinosu Günləri” proqramı çərçivəsində tədbir keçirilib.

Tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, Azərbaycan Kinematoqrafçılar İttifaqının I katibi Cəmil Quliyev, eləcə də universitetin professor- müəllim heyəti və tələbələr iştirak edib.

Tədbiri giriş sözü ilə açan rektor, professor M.Babanlı ADNSU-da belə bir əlamətdar tədbirin keçirilməsindən qürur hissi keçirdiyini bildirib. Azərbaycan kinosunun şanlı tarixindən və maraqlı kino incilərindən söz açan rektor M.Babanlı ölkədə xüsusən də Neft Bumu dövründə çəkilən filmlərin tarixi əhəmiyyətini vurğulayıb.

Azərbaycan Kinematoqrafçılar İttifaqının I katibi C.Quliyev öz çıxışında 120 il ərzində şərəfli yol keçən Azərbaycan film tarixinin neft ilə xüsusi bağlılığı olduğunu qeyd edib. Neftin Azərbaycan Kinematoqrafiyasında simvolik mənası olduğunu bildirən C.Quliyev həmin dövrdə çəkilən bir çox filmlərin ana xəttinin məhz neftə aid olduğunu vurğulayıb. C.Quliyev vaxtı ilə ölkənin şanlı neft tarixində mühüm rol oynayan ADNSU-da Azərbaycan filminin 120 illiyinə həsr olunan tədbirin xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edib.

Daha sonra Azərbaycan xalqının qəhrəman oğullarının şücaətlərindən bəhs edən, Milli Qəhrəmanlarımız Allahverdi Bağırov və Ələkbər Əliyevə həsr olunan 2 film nümayiş olunub.

Oxunub: 928

Son xəbərlər

“Brent” nefti bahalaşıb

ABŞ Venesuelaya Maduro üçün hüquqi xidmətlərin haqqını ödəməyə icazə verib

Ranyeri vəzifəsindən ayrıldı

Qazinin atasına qarşı DƏLƏDUZLUQ: Qadın biznesmenə cinayət işi açıldı

“Sənətkarlar üçün qəbiristanlıq yaradılsın” – Xalq artisti

Afrikada amerikalı milyarderi fillər tapdalayıb öldürdülər

Gənc samboçumuz Avropanı fəth etdi

Şagirdin bu gün ehtiyacı olan SEVGİDİR

Cənubi Qafqazda yeni güc balansı və infrastruktur rəqabəti - Azərbaycan önə çıxır

Rabitəbankdan sahibkarlar gününün 10 illiyinə özəl mikrokreditlər üzrə “10% daha sərfəli” kampaniyası

Baş prokuror İran səfirini qəbul edib

Aİ liderləri yeni maliyyə resurslarının tətbiqinə geniş dəstək ifadə ediblər

Dağıstan və Çeçenistanda genişmiqyaslı torpaq sürüşmələri baş verə bilər

Nazirlər Kabineti vahid indekslərin siyahısında dəyişiklik edib

Xudavəng monastrı ilə bağlı videoçarx hazırlanıb

70 yaşlı kişini lüks avtomobili ilə DƏFN ETDİLƏR

Xarici media nümayəndələri Zəngilan rayonunun Ağalı kəndinə səfər ediblər

Dövlət Xidməti Sabirabadda vətəndaş qəbulu keçirdi

İranın vitse-prezidenti: Neft quyularımız vurularsa, cavab zərbələri endiriləcək

Rəsmi şəxs yadplanetlilərin mövcudluğunu təsdiqlədi – “Şəxsən görmüşəm”

Azərbaycandan keçməklə Ermənistana buğda göndərildi

Azərbaycanın İsraillə ticarət dövriyyəsi 4 %-dən çox azalıb

“Bakı Metroıpoliteni” 138 min manata domkrat alır: Vüsal Aslanov öz işindədir

Azərbaycan-Çexiya İkitərəfli hərbi əməkdaşlıq planı imzalanıb

Putin ermənilərə çağırış etdi

Ələt azad iqtisadi zonasına əlavə torpaq sahəsi verildi

Milli Məclis MSK-nın yeni tərkibi ilə bağlı qərar verəcək

Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində rekultivasiya işlərinə başlanılıb

Daşkəsən rayonunda silsilə ağacəkmə aksiyaları keçirilib

“Nar” Kitab gününü Salyanda qeyd edib

Bütün xəbərlər