Günün qoroskopu: Sevdiyiniz insanla münasibətləri təftişə uğratmayın


















Qoç - planlarda və artıq nizama saldığınızı düşündüyünüz işlərdə dəyişikliklər ola bilər. Vəziyyətdə maraqlı olan yeni şəxslər peyda olacaq. Şərait yenilənir. Danışıq, görüş, müzakirə, hüquqi məsələlərin həlli üçün əlverişli zamandır.

Günün ikinci yarısında yeni sifariş ola bilər.

Yaxınlarınızın problemlərindən hali olun. Dəyər verdiyiniz insanlarla çox sərt danışmayın.

Buğa - situasiya sizdən ani reaksiya, qərarların sürətlə qəbul olunmasını tələb edir. Uğur qazanmaq üçün yeni şərtlərə uyğunlaşmaq labüddür. Adi günlərdən fərqli olaraq daha çevik davranmalı, süstlük və ətaləti bilmərrə unutmalısınız.

Günün ikinci yarısında alacağınız rabitə vastəsi, yaxud dəftərxana ləvazimatı və avadanlıq az sonra karınıza gələcək.

Mənəvi baxımdan sizə yaxın insanlarla ünsiyyət qurun. Yaradıcı ideyaları bölüşməyə dəyər.

Axşam saatlarında səhhətinizə, xüsusilə də rasiona fikir verin.

Əkizlər - günün ilk yarısında fəal ünsiyyət və yeni əlaqələrin yaradılması işlərinizi əhəmiyyətli dərəcədə asanlaşdıra bilər. Bütün diqqəti özünüzə cəlb etməyə çalışmayın. Yaxın ətrafınızdakı insanlardan birinin köməyə və yaxşı məsləhətə ehtiyacı var.

Günün ikinci yarısında şərait səmimi söhbət üçün əlverişli deyilsə, susun. Təkbaşına çalışın, kimsədən yardım gözləməyin.

Axşam saatlarını ailə üzvlərinə həsr edin. Ailədə mühitin yaxşılaşmasında qarşılıqlı anlaşmanın çox böyük rolu var. Sevdiyiniz insanı dinləyin.

Xərçəng - günün ilk yarısında kommunikasiya, mübadilə, informasiyanın alınması ilə bağlı cəhdlər uğurlu olacaq. İşgüzar müzakirələr üçün qeyri-rəsmi format seçin. Tərəfdaşlarla ünsiyyətdə maraqlarınızı tam təmin edin.

Bunun üçün əlahiddə səylərə heç bir lüzum yoxdur.

Günün ikinci yarısında hisslərinizi sevdiyiniz insanla bölüşməyi bacarın. Münaqişələri dəf edin, münasibətlərdə inam və etibar mühiti yaradın.

Subaysınızsa, internetdəki tanışlığa çox bel bağlamayın.

Şir - günün ilk yarısı ən mürəkkəb işlərin başa çatdırılması üçün münasib zamandır. Peşəkar fəaliyyətiniz daşımalar, marketinq və ya vasitəçiliklə bağlıdırsa, yaxşı nəticələr əldə edəcəksiniz. Dəvət aldığınız yerə yollansanız, maraqlı xəbərlər eşidəcəksiniz.

Günün ikinci yarısında işlərdə aktiv olmaqla yanaşı, ailə qayğılarını da unutmayın. Yaxınlarınız əlavə diqqət istəyirlər. Qıcıqlanmayın. Onlara sevginizi, müsbət emosiyalarınızı nümayiş etdirin.

Axşam saatlarını dəyərləndirdiyiniz insanlarla birgə istirahətə həsr edin.

Qız - işdə rəhbərliklə danışmaq, problemləri müzakirə etmək üçün günün ilk yarısı daha əlverişlidir. Təşəbbüskar olsanız, dəstək və yardım alacaqsınız. İşgüzar danışıq, görüş uğurlu olacaq. Sözləriniz eşidiləcək.

Günün ikinci yarısında vəziyyət sizdən trivial olmayan qərarlar tələb edir. Problemlərin həllində çevik və mütəhərrik olun.

Axşam saatlarında səmimi və qayğıkeş davranış ailədəki problemlərin asanlıqla həllinə imkan verəcək. Dəyərləndirdiyiniz insanı tərifləməyə xəsislik etməyin.

Tərəzi - fikir və mövqelərinizi yaxın ətrafınızdakı insanlardan gizlətməyin. Bu minvalla yeni əlaqələr yaratmaqla yanaşı, mövcud təmasları möhkəmləndirə bilərsiniz. Sizi daha çox maraqlandıran sahə ilə bağlı mümkün qədər çox informasiya əldə etməyə çalışın.

Günün ikinci yarısında peşəkar fəaliyyət bacarıqlarınızı artırın. Qiymətli təcrübə əldə etmək, yeniliyi əxz etmək imkanları var.

Axşam saatlarına yaxın təmasların intensivliyini azaldın. Bir qədər tək qalın, zərərli fikirlərdən qurtulun. Sevdiyiniz insan istəklərinizi anlamayacaq, sizdən izahatlar tələb edəcək.

Əqrəb - problemlərin çözümündə məntiqli, amma sürətli davranın. Kommunikativ təcrübənizdən yararlanın. Məqsədə çatmaq üçün bu gün ən adi söhbətdən də yararlana bilərsiniz. Nəzakətli olun, rişxənd və iradlara yol verməyin.

Günün ikinci yarısında zarafat ən ağır situasiyanı yüngülləşdirə bilər.

Saatlar keçdikcə yaxın ətrafınızdakı insanlarla aranızda sərinlik yaranmasın. Onların əməl və istəklərini anlamağa çətinlik çəkir, sinirlənirsiniz. Axşam saatlarında ünsiyyətdə səmimi olun.

Ailədəki ab-havanı yaxşılaşdırın.

Oxatan - günün ilk yarısında məhsuldar çalışa bilərsiniz. İşlərin öhdəsindən gəlməyə can atın. Ünsiyyətdə quru rəsmiyyətçiliyə yol verməyin. İşgüzar danışıqlarda isə səmimi olmağa can atın. Saatlar keçdikcə maliyyə imkanları artır. Yaxın ətrafınızdakı insanların qayğılarından hali olun.

Günün ikinci yarısında ailədə məişət problemləri yarana bilər. Dəyər verdiyiniz insanlar sizə vədlərinizi xatırladacaqlar. Onlar qayğı gözləyirlər.

Oğlaq - karyeranızın inkişafı yaxın ətrafınızdakı insanlarla dil tapmaq və danışıqlarda məntiqli davranmağınızdan asılıdır. Bilikli, təcrübəli insan təsiri bağışlamaq istəyirsinizsə, ünsiyyətdə səmimi olun. Peşəkar fəaliyyət sahəsində irəliləyişlərə can atın.

Günün ikinci yarısında uğur istisna deyil. Sənədləşdirmə və hesablamalarda diqqətli olun.

Sevdiyiniz insanla münasibətləri təftişə uğratmayın. Axşam saatlarında səs-küylü məkana yollanmayın.

Dolça - günün ilk yarısından müsbət enerjili olun. Belədə istənilən ağır situasiyadan çıxış yolu tapa bilərsiniz. İşlərin yerinə yetirilməsi prosesində ciddi maneələr olmayacaq.

Test və ya söhbətlərdə bacarıqlarınızı aşkarlamağa çalışın.

Günün ikinci yarısında fəal olun. Əyləncə və istirahət fikirlərini təxirə salın.

Axşam saatları romantik hisslər vəd edir.

Balıqlar - günün ilk yarısı işgüzar tərəfdaşlar, həmkarlar və işdə rəhbərliklə müzakirələr üçün əlverişlidir. Mövqeyinizi qoruyun, arqumentlərinizi unutmayın. Qəbul edilmiş oyun qaydalarına riayət edin. Danışmaqla yanaşı, dinləməyi də bacarın.

Günün ikinci yarısında sevdiyiniz insan sizə qarşı iradlar səsləndirə bilər. Kateqorik, sərt cavabınız mübahisəyə səbəb olmasın. Münasibətləri normallaşdırın. Belədə bir-birinizi daha yaxşı anlaya bilərsiniz.

Son xəbərlər

Ukrayna ordusuna daha çox əcnəbi könüllülər cəlb olunacaq

Bakı Limanında quru yük aşırılması artıb

Azərbaycanda zəlzələ oldu

Ötən il 2,6 mlrd. manat büdcə vəsaiti banklara yerləşdirilib

Masallıdan nazirə məktub: Əmriniz əleyhimizə çevrilib - BU NƏDİ BELƏ?

Azərbaycanda hər 6 nəfərdən biri məktəblidir - Yeni statistika

İlhamə Quliyevanın bacısı qızı ilk məhkəmədə həbs olundu - FOTO

Yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının fəaliyyəti ilə bağlı tələblərin pozulmasına görə cərimələr müəyyənləşir

Şuşada bu işləri görmək qadağan edilir

Prezident Putinə məktub göndərdi

Rusiyada boru kəmərində baş verən partlayışda üç nəfər ölüb

"WhatsApp" bu telefonlarda işləməyəcək - Tarix açıqlandı

Azərbaycanda yeni cərimələr müəyyənləşir - 50 min manatadək

Şuşada bu işləri görmək qadağan edilir

Əlilliyi olan 57 min şəxsə reabilitasiya xidmətləri göstərilib

İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alındı

Millət vəkili: Azərbaycanın xarici siyasəti qlobal miqyasda sülhü və qarşılıqlı anlaşmanı təşviq edir

Bu barədə yalan məlumat verənlər cərimələnəcək - Yenilənib

Dünya çempionatı açılışında dava düşdü

128 min manatlıq dələduzluq etsə də, məhkəmə zalından azadlığa buraxıldı

“Nar” abunəçiləri üçün eSIM nömrələrdə “Asan İmza” xidməti istifadəyə verildi

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nümayəndələri üçün ÇİRES-ə infotur təşkil olunub

Bu rayonlarda ehsan LƏĞV EDİLDİ

Bakıda yaşlı kişi dənizdə boğularaq öldü

İrəvan QARIŞDI - MSK binası mühasirəyə alınır

Onlar Azərbaycanın imicinə zərbə vurmağa çalışır...

26 yaşlı oğlan kafedə qətlə yetirilib

DYP-dən “Son zəng”lə bağlı müraciət

İlon Mask tarixdə ilk trilyonçu oldu

Rusiyada kütləvi PUA hücumu: 231 dron vuruldu

Bütün xəbərlər