hadise
14.12.2018, 11:23
İmişlidə 33 yaşlı kişi özünü evində asdı

İmişli rayonunda 33 yaşlı kişi intihar edib.
dogruxeber.tv "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Xoşçobanlı kəndində qeydə alınıb.
Belə ki, həmin kəndin sakini, 1985-ci il təvəllüdlü Nihad İltifat oğlu Əhmədov özünü yaşadığı evdə asaraq intihar edib.
İntiharın səbəbi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.


