hadise
15.12.2018, 10:22
Bakıda gənc oğlan itkin düşüb

Bakıda işə getmək adı ilə evdən çıxan şəxs itkin düşüb.
dogruxeber.tv Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu ərazisində baş verib.
Nobel prospekti 84, ev 5-də yaşayan, 1996-cı il təvəllüdlü Quliyev Süleyman İldırım oğlu dekabrın 11-də səhər saat 07 radələrində evdən çıxıb və bir daha geri qayıtmayıb.
Faktla bağlı araşdırmalar aparılır.


