idman
16.12.2018, 14:16
Futbolçunun atası oyun zamanı öldü

Almaniyanın “Ştutqart” klubunun kapitanı Kristian Gentnerin atası tribunada dünyasını dəyişib.
dogruxeber.tv xarici KİV-ə istinadən xəbər verir ki, hadisə ötən gün “Herta” ilə oyun vaxtı baş verib.
Məlumata görə, Mixael Gentner anidən yıxılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.


