siyaset
22.12.2018
İlham Əliyevdən Ramil Usubovla bağlı SƏRƏNCAM
Azərbaycan Prezidenti İlham Əliyev daxili işlər naziri general-polkovnik Ramil Usubovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən Azərbaycan Respublikasında hüquq-mühafizə orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə Ramil İdris oğlu Usubov “Şöhrət” ordeni ilə təltif edilib.


