siyaset
28.12.2018
Parlamentdə üç deputata vəzifə verildi

Milli Məclisin üç deputatına yeni vəzifə verilib.
dogruxeber.tv Trend-ə istinadən xəbər verir ki, bu məsələ "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında" Milli Məclisin qərarına dəyişikliklərdə öz əksini tapıb.
Belə ki, Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsinə Cavanşir Feyziyevin, Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsinə Xanlar Fətiyevin, Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsinə isə Sahibə Qafarovanın namizədliyi təklif edilib.
Dəyişikliklər parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb və qəbul edilib.


