hadise
30.12.2018, 10:15
68 yaşlı kişi arvadına görə özünü öldürdü

Göygöl rayonunda intihar hadisəsi baş verib.
dogruxeber.tv qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, hadisə rayonun Balçılı kəndində qeydə alınıb.
Kənd sakini, 1951-ci il təvəllüdlü Kamal İsmayılov gecə saatlarında yaşadığı evin damında özünü asaraq intihar edib.
İlkin ehtimala görə intihara səbəb mərhumun həyat yoldaşı ilə aralarında olan münaqişə olub. Belə ki, dekabrın 24-də K.İsmayılovun yoldaşı evi tərk edib.


