Neftçala Rayonunda salınmış “analoqsuz” park,pullar kimin cibinə gedir..? / VİDEO









dogruxeber.tv informasiya agentliyinin redaksiyasına daxil olan video materiala əsasən Neftçalada salınmış Bankə qəsəbəsi acınacaqlı vəziyyətdədir. Rayon icra başçısı İsmayıl Vəliyev tərəfindən həmin qəsəbədə 1 il öncə parksalma işləri həyata keçirilib. Lakin kadrlarda da göründüyü kimi parkdan əsər əlamət belə yoxdur. Çəkilən bərbad və səliqəsis asfalt örtüyü, kənarı hasarlanmış torpaq sahəsi(halbuki orda yaşıl çəmən və ağaclar olmalı idi), flakonsuz və lampasız heç bir işə yaramayan işıq dirəkləri park deyilən ərazinin möhtəşəm görüntüsünü əks etdirir. Hətta qəsəbədəki ikimərtəbəli binaların yalnız öndən bəzəyiblər.

Lakin binaların arxa görünüşü tamam fərqlidir, bərbad gündədir. Sanki həyatın iki fərqli üzü bir yerdə əks olunub. Uşaqlar üçün heç bir atraksion, əyləncə üçün lazımlı heç bir şey gözə dəymir. Park deyiləndə ağlımıza yaşıllıq, səliqəli skamyalar, ağaclar, uşaqlar üçün əyləncə atraksionları və s. gəlir. Lakin sadalanan bu keyfiyyətlərdən heç biri bu parka aid deyil. O zaman bu bark nə üçün və hansı məqsədlə salınmışdır? Ölkə başçısının gözündən pərdə açmaq üçün? Hamımıza məlumdur ki, cənab İlham Əliyev bölgələrə xüsusilə diqqət göstərərək dövlət büdcəsindən böyük məbləğdə vəsait ayırır.

Həmin vəsaiti rayon icra başçıları rayonun gözəlləşməsində, əhəmiyyətli müəssisələrin açılmasında sərf etməli olduğu halda bəzi icra başçıları bu pulları mənimsəyərək kiçik işlərlə sakinləri və ölkə başçısını aldatmaqla məşğul olurlar. Neftçaladakı Bankə qəsəbəsinə baxdıqda pulların mənimsədildiyi və ya mənimsənilmədiyini açıq-aşkar görə bilərsiniz. Nahaq yerdən xalqın gözü tərəzidir deyilmir. Park adıyla kiçik hasarlarla əhatələnmiş ərazini İsmayıl Vəliyev nə adla ölkə başçısına təqdim edər deyə sual yaranır.

Ölkə rəhbərinin ayırdığı pullar kimlərinsə ciblərinə dolur. Halbuki həmin pullar yerli vətəndaşların rahatlığı üçün sərf olunmalıdır. Qeyd edək ki, adı çəkilən qəsəbə gecələr həddindən çox qaranlıq olur. Park sözün həqiqi mənasında baxımsız və yiyəsiz qalıb. Aidiyyatı qurumlar da lampası olmayan işıq dirəklərinəbelə fikir vermir. əraziyə qoyulan işıq dirəkləri sadəcə hündür dəmir parçası rolunu oynayır. Icra başçısının bu cür oyunları birbaşa ölkə başçısı cənab İlham Əliyevə qarşı hörmətsizlik kimi qəbul olunur. Bu o deməkdir ki, ölkə başçısının etimadlarını Neftçala Rayon İcra Başçısı layiqincə doğrultmur.

Qarşı tərəfin mövqeyin dinləyib dərc etməyə hazırıq:
dogruxeber.tv


Oxunub: 946

Son xəbərlər

Vidadi İsayevin baş memarı Şadlinskinin əməllərindən xəbəri olub?

Xəlil Göyüşovun oğluna 123 min manatlıq sifariş – TƏFƏRRÜAT

Deputat oğlunun Dubayda milyonluq mənzilləri üzə çıxdı

Azərbaycan və Türkiyə hərbi pilotlarının birgə taktiki-uçuş təlimi başa çatıb

Təhsildə “inkişaf” illüziyası: söz var, əməl yoxdur

Sabah hava yağmursuz keçəcək - PROQNOZ

Braziliya səfiri: Qarabağın bərpa templəri heyranlıq doğurur

Azərbaycanda icbari sığorta bazarı 28 %-dən çox kiçilib

Aeroport şosesində qəza olub, yolda sıxlıq yaranıb

Tərtərdə 48 yaşlı kişi arı sancmasından ölüb

Zelenski: Rusiya bir həftə ərzində Ukraynaya 1 100 aviabomba atıb

Yol Polisi həftəsonu yollardakı vəziyyətlə bağlı sürücülərə xəbərdarlıq edib

Hikmət Hacıyev Azərbaycanda akkreditə olunmuş hərbi attaşelərlə Şuşadan foto paylaşıb

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanılıb

Prezidentin köməkçisi: Şuşadakı Qazançı kilsəsi ilkin görkəminə qaytarılıb

Bakıda ucuz mebel adı altında sosial şəbəkələrdə dələduzluq edən keçmiş məhkum saxlanılıb

Diplomatik korpusun nümayəndələri Laçına yola düşüb

Azərbaycan neftinin qiyməti 2 %-dən çox azalıb

Tramp: Netanyahu və Aun mayın 11-də görüşə bilər

Xəzərdə zəlzələ olub

Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb

Cüdoçularımız ilk günü medalsız bitirdilər

Rusiyada evdə baş verən yanğında 7 nəfərlik ailə ölüb

Rusiya XİN: BMT TŞ-nin beş üzvü arasındakı deqradasiya strateji risklərin artmasına səbəb olub

Tramp: ABŞ Yaxın Şərq ölkələrində güc strukturunu yeniləməyə davam edəcək

“Riyad” ticarət mərkəzində mebel sexi yanıb

Azərbaycanda bu kanalların rəhbərləri HƏBS EDİLDİ

Tbilisidə səyyar ASAN xidmət: Azərbaycan vətəndaşları üçün xidmətlər göstəriləcək

Gevorq Papoyan: "Azərbaycandan tədarük olmasaydı, Ermənistanda benzin daha baha olardı"

Pineviç: Ağdamda aqroşəhərcik layihəsinin həyata keçirilməsinə 2027-ci ildə başlanacaq

Bütün xəbərlər