Nəsimidə yeni park istifadəyə verildi













Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin doğum günü ərəfəsində Nəsimi rayonu ərazisində genişmiqiyaslı abadlıq, quruculuq, yenidənqurma və yaşıllaşdırma işləri aparılmış, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə rayonda keçirilən silsilə tədbirlərin davamı olaraq may ayının 10-da 4-cü mikrorayon ərazisində, Cavadxan küçəsinin H.Seyidzadə və M.Kazımovski küçələri ilə kəsişməsində yeni istirahət parkı sakinlərin istifadəsinə verilmişdir. Sakinlərin asudə vaxtlarının səmərəli keçirmələri üçün 0.7 ha sahədə və ətraf ərazidə geniş miqiyaslı abadlıq işləri aparılmış, müxtəlif növ həmişə yaşıl ağaclar və gül kolları əkilmiş, mövcud ağaclar budanmış, 1000 kv.m-dən artıq yeni qazon örtüyü və 350 kv.m –dən artıq süni qazon döşənmiş, 500 metrdən artıq suvarma xətti çəkilmişdir.

Parkda sakinlərin istirahəti, uşaqların və gənclərin asudə vaxtlarını səmərəli keçirmələri üçün tam şərait yaradılmış, müasir işiqlandırma sistemi, 2 ədəd söhbətgah, 18 ədəd fitnes avadanlığı quraşdırılmış, 10 ədəd yeni skamyalar qoyulmuşdur. Uşaqlar üçün hər biri 80 kv.m olmaqla 3 ədəd uşaq oyun əyləncə qurğuları montaj olunmuş, park boyunca idman yürüşü üçün zolaq salınmışdır.

Tədbirdə Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralvə xalqımızın Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə Nəsimi rayonunda keçirilən silsilə tədbirlərdə iştirak etmək üçün Bakı şəhərinə səfərə gəlmiş İzmit Bələdiyyəsinin nümayəndə heyətinin üzvləri də iştirak etmişlər.

Bayram əhval ruhiyyəsi ilə sakinlərin istifadəsinə verilən parkın açılış mərasimində 2 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin şagirdlərinin əl işlərindən ibarət sərgi və müxtəlif rəqs nömrələri təqdim edildi.

Tədbirdə Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral, rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov və İzmit bələdiyyəsinin nümayəndə heyətinin üzvləri Cavadxan küçəsində müxtəlif növ həmişəyaşıl ağaclar əkdilər.

Tədbirin sonunda rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov və tədbir iştirakçıları ərazinin sakinləri ilə görüşdülər. Sakinlərlə görüş zamanı Nəsimi rayon icra Hakimiyyətinin Başçısı Asif Əsgərov Ümummilli Lider Heydər Əliyevin Vətən və xalq qarşısındakı misilsiz tarixi xidmətlərindən danışaraq bildirdi ki, Ümummilli lideri mənsub olduğu xalqa bəxş edən günün özü də ümummilli önəm daşıyır. Heydər Əliyev çağdaş Azərbaycanın tarixinin yönünü və məzmununu müəyyən etməklə zamanın fövqünə yüksəlib, əbədiyyət qazanıb. O, xalqının taleyində dönüş yaradaraq ölkəsini tənəzzüldən tərəqqiyə qovuşdurub.

Dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan özünün milli dövlət quruculuğu və idarəçiliyinin növbəti şərəfli mərhələsini yaşayır. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında həllini gözləyən istənilən dövlət əhəmiyyətli məsələ ilə bağlı konkret proqramlar hazırlanır və uğurla icra edilir. Prezident İlham Əliyevin qazandığı ümummilli etimad və beynəlxalq dəstək Heydər Əliyev siyasi irsinin böyük qələbəsi, ölkəmizin isə uğurlu gələcəyinin qarantıdır.

Sakinlərlə görüş zamanı rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov bildirdi ki, yaxın vaxtlarda istifadəyə verilən parkın davamı olaraq Cavadxan küçəsi boyunca əsaslı təmir və abadlıq işləri davam etdirilərək yaradılacaq istirahət güşəsi yeni parka əlavə olunacaqdır.

Görüşdə çıxış edən İzmit Bələdiyyəsinin nümayəndə heyətinin üzvləri Ulu Öndər Heydər Əliyevin “bir millət iki dövlət” sözlərini xatırladaraq Türkiyə Azərbaycan dostluğunda Ümummilli lider Heydər Əliyevin xidmətlərindən danışdılar. Bu dostluğun və qardaşlığın davamı olaraq Ulu Öndərin doğum günü münasibətilə yeni istifadəyə verilmiş parka “İzmit parkı” adı verilməsindən böyük məmnunluq hissi keçirdiklərini ifadə edərək Heydər Əliyev ideyalarını layiqincə davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.

Sakinlər yeni parkın istifadəyə verilməsinə və ərazidə aparılan abadlıq və yenidənqurma işlərinə görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildirdilər. Görüşdə qeyd olundu ki, bu gün ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial – iqtisadi inkişaf siyasəti Nəsimi rayonunda da uğurla davam etdirilir.

Nəsimidə yeni park istifadəyə verildi


Nəsimidə yeni park istifadəyə verildi

Nəsimidə yeni park istifadəyə verildi

Nəsimidə yeni park istifadəyə verildi


Nəsimidə yeni park istifadəyə verildi

Son xəbərlər

Bu ölkə tamamilə işıqsız qaldı

Adil Kərimli Türkmənistan Prezidenti ilə görüşdü

Almaniya Azərbaycanla yeni layihə hazırlayır

Mətanətdən Vüqar Muradova ağır sözlər

Qazın qiyməti UCUZLAŞDI

Ermənistanda seçkidən sonra vətəndaş müharibəsi başlayacaq – SENSASİON DETALLAR

Etibarnaməli avtomobillərlə bağlı VACİB XƏBƏRDARLIQ

Overçuk: yeni MDB formatının çox yaxşı perspektivləri var

Özbəkistan və Yunanıstan əmək miqrasiyası sahəsində əməkdaşlıq üzrə danışıqlar aparır

Bu şəxslərə maaş yeni qayda ilə VERİLƏCƏK

Tehranın uranı üçüncü ölkəyə köçürməyə razılaşdığı iddiası doğru deyil - “Fars

Azərbaycan polisi bir gündə 111 nəfərin saxlanılması barədə MƏLUMAT YAYDI

SON DƏQİQƏ! Bakının bu ərazisində yanğın oldu

70 milyard avroluq yardım Ukraynaya göndəriləcək

İrandan Azərbaycana keçməyə cəhd göstərən əcnəbilər saxlanılıb

Siqaret yenidən bahalaşır - Səbəb açıqlandı

İlham Əliyev Kralı təbrik etdi

Bakıda ABŞ təhsil sərgisi açılıb

Bakıda böyük söküntü başlayır: siyahıda bu ərazilər var

Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb

Abşeronda kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib

Məhkəmə sədrinə ağır itki

Onların hələ də müəyyən sayda raketləri və PUA-ları var - Tramp

Rusiya ordusu Zaporojyeyə dronlarla zərbələr endirdi

İran Amerika bazalarına zərbələr endirməyə hazırdır - Xameneinin müşaviri

İrəvandan Azərbaycanla bağlı ŞOK etiraf

Ərdoğanın oğlu: İsrailə olar, Rusiyaya yox?

Bu xəstəxanaların qarşısında parklanma ləğv edildi - SİYAHI

Bu şəxslərin vərəsələrinə ödəniş veriləcək - Yeni QƏRAR

Azərbaycanın 92 yaşlı alimi 50 İLDƏN SONRA VƏZİFƏDƏN GETDİ

Bütün xəbərlər