Nəsimidə növbəti “Abad həyət” sakinlərin istifadəsinə verildi













Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əhalinin məşğulluq səviyyəsinin artırılması, maddi rifahının yüksəldilməsi və abadlıq-quruculuq işlərinin davam etdirilməsi istiqamətində verdiyi tapşırıqların yerinə yetirilməsi ilə bağlı Bakı şəhəri Nəsimi rayonunda bir sıra işlər həyata keçirilmiş və hazırda növbəti layihələrin reallaşdırılması davam etdirilir.
Nəsimi rayonunda aparılan genişmiqyaslı quruculuq işləri çərçivəsində geniş abadlıq işləri aparılmış, yüksəkmərtəbəli çoxsaylı binaların fasadları əsaslı təmir olunmuş və «Abad həyət»lər salınmışdır. Əhalinin asudə vaxtlarının səmərəli keçirilməsi və istirahəti üçün mövcud parklarda və binaların həyətlərində yeni skamyalar, yeni söhbətgahlar qoyulur, uşaqlar üçün əyləncəli idman qurğuları quraşdırılır.
Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən daha bir “Abad həyət” 4-cü mikrorayon Asif Məhərrəmov küçəsi 68 və Mir Cəlal küçəsi 10 saylı binaların əhatə etdiyi məhəllədə sakinlərin ixtiyarına verilmişdir. Bu ünvanda doqquz mərtəbəli, 8 bloklu, 138 mənzilli A.Məhərrəmov küçəsi 68 saylı evin və beşmərtəbəli 12 bloklu 180 mənzilli Mir Cəlal küçəsi 10 saylı evin fasadları, dam örtükləri və zirzəmiləri əsaslı təmir edilmiş, hər iki binanın blok girişləri, blok qapıları və pəncərələri yenilənmişdir. Məhəllədə yaşıllaşdırma işləri aparılmış və həyətə həmişəyaşıl ağaclar əkilmişdir. Sakinlərin asudə vaxtlarını və istirahətlərini səmərəli keçirmələri üçün 5 söhbətgah və 20 oturacaq quraşdırılmışdır. Bu ünvandakı uşaqların da asudə vaxtlarını səmərəli keçirilmələri üçün xüsusi əyləncə avadanlıqları, oyun elementləri və idman meydançası quraşdırılmışdır. Əhalinin ümumi istifadəsində olmalı olan, binaların həyətlərində özbaşına zəbt olunmuş ərazilərin çəpərləri sökülərək 2,5 ha ərazidə asfaltlaşma və təmizlik işləri aparılmış, mövcud ağaclar budanmış, səliqə-səhman yaradılmışdır.
Növbəti abad həyətin sakinlərin istifadəsinə verilməsinə həsr olunmuş tədbirdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov bildirdi ki, bu gün ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf siyasəti Nəsimi rayonunda da uğurla davam etdirilir, mikrorayonlarda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri sakinlərin rahatlığına xidmət edir. Asif Əsgərov qeyd etdi ki, Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən hal-hazırda rayonunun ayrı-ayrı ünvanlarında binaların fasadlarında əsaslı təmir işləri və həyətlərində abadlıq, quruculuq, yenidənqurma və yaşıllaşdırma işləri davam etdirilir.
Asif Məhərrəmov küçəsi 68 və Mir Cəlal küçəsi 10 ünvanlarında yaşayan sakinlər ─ Humay Pənahova, Həbib Vəliyev, Samirə Abbasova, Fatma Həsənova və digərləri çıxış edərək həyətlərində aparılan abadlıq, yenidənqurma və yaşıllaşdırma işlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildirdilər.

Nəsimidə növbəti “Abad həyət” sakinlərin istifadəsinə verildi

Nəsimidə növbəti “Abad həyət” sakinlərin istifadəsinə verildi


Nəsimidə növbəti “Abad həyət” sakinlərin istifadəsinə verildi

Son xəbərlər

Ukrayna daha bir kəndi itirdi

Bu ölkə tamamilə işıqsız qaldı

Adil Kərimli Türkmənistan Prezidenti ilə görüşdü

Almaniya Azərbaycanla yeni layihə hazırlayır

Mətanətdən Vüqar Muradova ağır sözlər

Qazın qiyməti UCUZLAŞDI

Ermənistanda seçkidən sonra vətəndaş müharibəsi başlayacaq – SENSASİON DETALLAR

Etibarnaməli avtomobillərlə bağlı VACİB XƏBƏRDARLIQ

Overçuk: yeni MDB formatının çox yaxşı perspektivləri var

Özbəkistan və Yunanıstan əmək miqrasiyası sahəsində əməkdaşlıq üzrə danışıqlar aparır

Bu şəxslərə maaş yeni qayda ilə VERİLƏCƏK

Tehranın uranı üçüncü ölkəyə köçürməyə razılaşdığı iddiası doğru deyil - “Fars

Azərbaycan polisi bir gündə 111 nəfərin saxlanılması barədə MƏLUMAT YAYDI

SON DƏQİQƏ! Bakının bu ərazisində yanğın oldu

70 milyard avroluq yardım Ukraynaya göndəriləcək

İrandan Azərbaycana keçməyə cəhd göstərən əcnəbilər saxlanılıb

Siqaret yenidən bahalaşır - Səbəb açıqlandı

İlham Əliyev Kralı təbrik etdi

Bakıda ABŞ təhsil sərgisi açılıb

Bakıda böyük söküntü başlayır: siyahıda bu ərazilər var

Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb

Abşeronda kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib

Məhkəmə sədrinə ağır itki

Onların hələ də müəyyən sayda raketləri və PUA-ları var - Tramp

Rusiya ordusu Zaporojyeyə dronlarla zərbələr endirdi

İran Amerika bazalarına zərbələr endirməyə hazırdır - Xameneinin müşaviri

İran Amerika bazalarına zərbələr endirməyə hazırdır - Xameneinin müşaviri

İrəvandan Azərbaycanla bağlı ŞOK etiraf

Ərdoğanın oğlu: İsrailə olar, Rusiyaya yox?

Bu xəstəxanaların qarşısında parklanma ləğv edildi - SİYAHI

Bütün xəbərlər