hadise
1.01.2019, 18:11
Mingəçevirdə əlində fişəng partlayan yeniyetmə Bakıya göndərildi

Mingəçevir şəhərində əlində pirotexniki vasitə partlayan yeniyetmənin vəziyyəti ağır olduğundan Bakıya göndərilib.
dogruxeber.tv"Report"a istinadən xəbər verir ki, iki gün əvvəl 2007-ci il təvəllüdlü Yusif Sadıq oğlu İsmayılovun əlində fişəng partlayıb.
Nəticədə 12 yaşlı yeniyetmənin sol gözü zədələnib. O, müayinə və müalicəsinin davam etdirilməsi məqsədilə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə yerləşdirilib.


