dunya
2.01.2019, 18:41
Əfqanıstanda posta hücum oldu - 5 HƏRBÇİ ÖLDÜ

Əfqanıstanda hərbi posta hücum olub.
dogruxeber.tv xəbər verir ki, Taliban silahlıları ölkənin cənubundakı Qəndahər vilayətində postu partladıblar. Hadisə nəticəsində 5 hərbçinin öldüyü bildirilir.
Korpus komandirinin sözlərinə görə, silahlılar italyan əsgərlərini öldürməyə çalışıblar, lakin onlar hadisə yerindən heç bir xəsarət almadan qaça biliblər.
Hazırda NATO-nun tərkibində Əfqanıstanda 895 İtaliya hərbçisinin xidmət etdiyi deyilir.


