dunya
6.01.2019, 12:33
Sərhəddə güclü zəlzələ olub - 7.2 bal

Perunun Braziliya ilə sərhədində 7.2 maqnituda gücündə zəlzələ olub.
Bu barədə Perunun geofizika institutu məlumat yayıb.
Bundan əvvəl ABŞ-ın Geoloji Xidməti (USGS) Braziliyada 6.8 maqnituda gücündə zəlzələnin qeydə alınması barədə məlumat verib. Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə xəbər verilməyib.


