hadise
9.01.2019
Qanunsuz saxladığı silahı polisə təhvil verdi

Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində növbəti tədbir keçirilib.
DİN-dən verilən məlumata görə, aparılmış profilaktiki tədbirlər nəticəsində Sabunçu rayonunun Nardaran qəsəbə sakini Əhməd Həsənov müvafiq sənədləri olan “Phoenix” markalı ov tüfəngini könüllü olaraq 42-ci Polis Bölməsinə təhvil verib.
Sabirabad rayonunun Yolçubəyli kənd sakini Umudvar Bayramov da müvafiq sənədləri olmayan “Tula” markalı ov tüfəngini könüllü olaraq Rayon Polis Şöbəsinə təhvil verib.


