Yeni fiber-optik infrastrukturun tikintisinə başlanıldı













“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti infrastrukturunun yenilənməsi çərçivəsində dəmir yollarının qorunma zolağı boyunca yeni fiber-optik kabel xətlərinin tikintisinə başlayıb.

Dəmir yollarının qorunma zolağı boyunca yeni magistral fiber-optik kabel xətlərinin çəkilişi yeni dayanıqlı infrastrukturun formalaşmasına, dəmir yolları boyunca perspektivdə rəqəmsal xidmətlərin təmin edilməsi və inkişafına, stansiyalarda qabaqcıl telekommunikasiya xidmətlərinin verilməsinə şərait yaradacaq. Bu, həmçinin ölkənin mövcud magistral infrastrukturunun güclənməsinə xidmət etmiş olacaq.

Layihə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Azərbaycanın Nəqliyyat Habına çevrilməsi layihəsi çərçivəsində aparılır.

Yeni fiber-optik kabel xətlərinin çəkilməsi və istifadəyə verilməsinin ilkin fazasının reallaşması bu il ərzində nəzərdə tutulub. “Azərbaycan Dəmir Yolları” QSC bu layihənin reallaşması üçün ölkənin magistral internet provayderi olan olan AzerTelecom şirkəti (AzerTelecom şirkətinin “Azerbaijan Digital Hub” layihəsi çərçivəsində) ilə əməkdaşlıq edir.

Qeyd edək ki, dəmir yollarının qorunma zolağı boyunca magistral fiber-optik kabel xətlərinin çəkilməsi ilə Azərbaycan Dəmir Yolları QSC-nin, AzerTelecom şirkətinin, ümumilikdə isə ölkəmizin telekommunikasiya infrastrukturu və mövcud regionda sahib olduğu mövqeyi daha da güclənəcək.

Layihənin reallaşması həmçinin qonşu dövlətlər olan Rusiya, Gürcüstan, Türkiyə və İran ilə dayanıqlı genişzolaqlı fiber-optik kabel bağlantısının formalaşmasına, ölkənin telekommunikasiya sektorunun inkişafına təkan verəcək. Bu da Azərbaycanın hazırda Nəqliyyat və Enerji dəhlizi olmaqla yanaşı ən qısa perspektivdə həm də Regional Rəqəmsal Mərkəzə çevrilməsinə şərait yaradacaq.

Son xəbərlər

Azərbaycanda yeni rüsum müəyyənləşir - 70 manat

Dollar almaq istəyənlərin nəzərinə

Venesuelada şiddətli zəlzələ: binalar çökdü, 32 ölü - Video

“Brent” ucuzlaşdı

Növbəti köç karvanları yola salındı

Yaponiyada zəlzələnin maqnitudası 7,2-yə yüksəldildi

Sabah çimərliklərdə dəniz suyu 25 dərəcəyədək isinəcək

Xəzər rayonunda avtomobilləri talayan şəxs saxlanıldı

Ceyhun Bayramov Polşaya getdi

Qusarda 14 və 17 yaşadək cüdoçular arasında region birincilikləri keçiriləcək

Türkiyə parlamentində ilk - Deputatlar evləndi

Ceyhun Bayramov Polşaya getdi

Bu şirkətlər əlindən cana doyan sakinlər çarəsiz qalıb+Video

ABB-də problem: müştərilərin hesabları silindi

Fransada Ebolaya ilk yoluxma qeydə alındı

Aşura mərasimlərinə uşaqların aparılması doğrudurmu?

İran ABŞ və İsraili beynəlxalq məhkəməyə verəcək

Xətai rayonunda Xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib+VİDEO

Bu yolda hərəkət məhdudlaşdırıldı

Ağcabədidə çətənə kolları və 7 kiloqramdan artıq marixuana aşkarlandı

Türkiyəyə 200 kq ağırlığında dron düşdü

Azərbaycanda universitetlərə imtahansız qəbul - Bu şansı kimlər qazana bilir?

ABŞ Senatı İrana qarşı müharibənin dayandırılmasını nəzərdə tutan qətnaməni təsdiqləyib

Sumqayıtda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var

Azərbaycanda hansı hallarda saytlara giriş məhdudlaşdırıla bilər?

Portuqaliya və İngiltərə ikinci oyununa çıxır

Hacı Şahinin oğlu məzun oldu

Qəbələdə 4 ton çətənə kolu məhv edildi

Litvanın Baş naziri istefa verdi

Bütün sosial ödənişlər bu tarixdə ödəniləcək

Bütün xəbərlər