hadise
28.01.2019, 12:16
Bakıda DƏHŞƏT – 83 yaşlı qadının başını kəsdilər
Bakının Xətai rayonunda dəhşətli cinayət baş verib.
dogruxeber.tv Baku.ws-ə istinadən xəbər verir ki, bu barədə Xətai rayon prokurorunun köməkçisi Fariz İbrahimov deyib.
Cinayət Xətai rayonu, İ.İsmayılov küçəsi ev 52-də qeydə alınıb. Həmin ünvanda yaşayan 1936-cı il təvəllüdlü Patimat Kudjayevanın baş və boğaz nahiyəsinin kəsilmiş xəsarətləri ilə qətlə yetirilmiş meyiti tapılıb.
“Hazırda hadisə yerində araşdırmalar aparılır. Bütün hüquq-mühafizə orqanlarının əməkdaşları ərazidədir. Qətlin kim tərəfindən törədildiyi məlum deyil”, - deyə prokurorluq əməkdaşı bildirib.
Faktla bağlı Xətai rayon prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır


