Efirdə DAVA - 37 yaşlı qadınla eşq yaşayan 19 yaşlı gənc













Sabirabad rayonunda 19 yaşlı gəncin 37 yaşlı iki uşaq anası ilə eşq yaşaması oğlanın valideynlərinin sərt etirazına səbəb olub.

Onların bərabər yaşamasını qəbul etməyən Elsevərin ata və anası "Səni axtarıram" proqramına gələrək dekabrın 25-dən itkin düşən oğullarının geri qayıtması üçün Xoşqədəmdən kömək istəyiblər.

"Səni axtarıram" verilişi cütlüyü tapıb, efirə gətirib.

Ata öncədən demişdi ki, əgər oğulları həmin qadınla efirə çıxarsa, onu oğulluqdan siləcək. Buna baxmayaraq, oğul sevgilisinin əlindən tutaraq efirə gəlib. Valideynlər onları bir yerdə görərkən daha da qəzəbləniblər.

Elsevərin valideynləri qadına hücum edib, onu döymək istəyiblər. Xoşqədəm onların bu cəhdinin qarşısını araya girməklə alıb.

Elsevərin atası oğlunu "yoldan çıxaran" qadının ünvanına təhqiramiz ifadələr işlədib. Təhqirlərin çoxu efirə getməsə də, atanın ittihamları efirə verilib.

Atanın sözlərinə görə, Aygün onun oğluna təsir və təzyiq göstərib, eləcə də şərləyərək bərabər yaşamağa razı salıb.

Elsevər atasının bu sözlərinə etiraz edərək, Aygünlə öz xoşu ilə bərabər olduğunu, onu sevdiyini bildirib. Sevdiyi qadından ayrılmaq istəməyən gənc ata-anasından imtina etdiyini deyib.

Xoşqədəm Hidayətqızının reaksiyası da maraqlı olub. Aparıcı cütlüyü qınamadığını nümayiş etdirsə də, Elsevərə belə bir sual verib: "Sən heç düşünürsənmi, Aygün vaxtında evlənsəydi, sənin yaşında oğlu olardı?"

Xoşqədəmin bu sözünü eşidən ata, 37 yaşlı Aygünün biri rəsmi, digərləri qeyri-rəsmi olmaqla 4 dəfə ərdə olduğunu açıqlayıb.

Onların bu izdivacı studiyadakı eksperlər və tamaşaçılar tərəfindən xoş qarşılanmayıb. Vəziyyətin gərginləşdiyini görən aparıcı onları studiyadan çıxarıb.

Onu da qeyd edək ki, qohumluq əlaqələri olan 19 yaşlı Elsevərlə 37 yaşlı Aygünün bu münasibəti 2 il əvvəl - Elsevərin 17 yaşı olarkən başlayıb. Unikal.org

Son xəbərlər

İrəvandan Azərbaycanla bağlı ŞOK etiraf

Ərdoğanın oğlu: İsrailə olar, Rusiyaya yox?

Bu xəstəxanaların qarşısında parklanma ləğv edildi - SİYAHI

Bu şəxslərin vərəsələrinə ödəniş veriləcək - Yeni QƏRAR

Azərbaycanın 92 yaşlı alimi 50 İLDƏN SONRA VƏZİFƏDƏN GETDİ

Şənbə günü Bakıda 30 dərəcə isti olacaq -PROQNOZ

“Sıfır Tullantı” həmrəylik marafonuna start verildi

49 nəfər səhrada susuzluqdan öldü

Bu türk ölkəsi Dubaya uçuşları bərpa etdi

Yeni təmayül tədris modelinin tətbiq ediləcəyi məktəblərə şagird qəbulu elan edilib

Yeni təmayül tədris modelinin tətbiq ediləcəyi məktəblərə şagird qəbulu elan edilib

Qızıl almaq istəyənlər üçün ŞAD XƏBƏR - 1 qramı...

Kompüterlər üçün ilk ultra-sürətli yaddaş yaradıldı

BMT: Dünyada ərzaq ucuzlaşıb

Dövlət Xidməti Ağsuda vətəndaş qəbulu keçirdi

Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb

Yay üçün arıqlamaq istəyənlər bu səhvə yol verməsinlər

Hicran Hüseynova dünyasını dəyişdi

“Liverpul” yeni baş məşqçisini açıqladı

İtaliyada dörd miqrant diri-diri yandırıldı

Məhv olmuş planetin ilk qəti sübutu tapıldı

Oğluna dördüncü dəfə Laçında toy etdi

ABŞ Haitidən gələn və 240 miqrantı daşıyan qayığı saxlayıb

Türkiyə terrorla mübarizədə Nigerə yardım edəcək

Putin İlham Əliyevə buna görə təşəkkür etdi

Yeni Delhidə oteldə yanğın olub – 21 nəfər ölüb, 17-si əcnəbidir

Tovuzun Cəlilli kəndi içməli su ilə təmin olunub

Əraqçi Xameneinin öldürüldüyü vaxt onun ofisində imiş - detalları açıqladı

Livanda ölənlərin sayı 3 526 nəfərə çatdı

Zelenski Putinə görüş və atəşkəs təklif edib

Bütün xəbərlər