Balakən və Şəki sakinlərindən narkotik maddə götürüldü


















Balakən və Şəki rayon sakinlərindən narkotik maddə götürülüb.

Bu barədə DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan dogruxeber.tv-a məlumat verilib.

Bildirilib ki, daxil olmuş məlumat əsasında Balakən rayon Polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik daşımaqda şübhəli bilinən rayonun Gərəkli kənd sakini Sabir Abdullayev saxlanılıb. Şəxsi axtarış zamanı ondan sellofan torbalarda ümumi çəkisi 133 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Digər bir əməliyyat tədbiri nəticəsində isə Balakən şəhər sakini, əvvəllər məhkum olunmuş Mehman Kaltayevin üzərinə şəxsi axtarış keçirilən zaman kağız bükümdə çəkisi 6 qrama yaxın marixuana aşkar edilib və maddi sübut kimi götürülüb.

Şəki şəhər rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Səxavət Salmanov narkotik vasitə əldə etməkdə və saxlamaqda şübhəli bilinərək polis şöbəsinə gətirilmiş və şəxsi axtarış zamanı ondan 5,55 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb. Onun ətrafında aparılan araşdırmalarla narkotik vasitəni əldə etdiyi mənbələr də müəyyənləşib. Belə ki, S.Salmanov narkotik vasitəni 70 manata qohumu Elbrus Hümmətovdan, sonuncu isə həmin qurudulmuş marixuananı rayonun Aşağı Laysqı kənd sakini Etibar İbrahimovdan aldığını bildirib. E.İbrahimovun evinə baxış keçirilən zaman oradan 12 qrama yaxın narkotik vasitə aşkar edilərək götürülüb.

Faktlarla bağlı araşdırma aparılır.

Son xəbərlər

Binəqədidə su xəttini təmir etmək istədilər -Yol da dağıldı

Yaponiyada zəlzələdən sonra TM-də partlayış – Ölənlər var

Rusiya həyəcan təbili çaldı: Asiyada NATO-ya bənzər blok yaradılsa...

Önəmli telefon danışığı: Prezidentlər nəyi müzakirə etdi?

İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu

Kral Çarlzdan Harriyə gözlənilməz addım: Bu dəfə "hə" dedi

İran Ukraynaya hücuma hazırlaşır

Ronaldo serialda rol alacaq

Müəllimini güllələyən şagirdə hökm oxundu

ABŞ-nin Kanadadakı konsulluğuna silahlı hücum: Canilərin axtarışı davam edir

“Qarabağ”dan ayrıldı, bu kluba keçdi

Tələbələrin yerdəyişməsi üzrə nəticələr açıqlandı

Qəzadan sonra avtomobili kənara çəkmək olarmı? – Qanun nə deyir?

Börnhem söz verdi: Ukraynaya ordu göndərəcək!

İlham Əliyev sərəncam imzaladı

Hasil Abbasov şöbə müdirini işdən çıxardı

Rəsmi sənədi var, hakim isə “fakt təsdiqlənməyib” deyir —Xətai Rayon Məhkəməsinin qətnaməsindəki açıq ziddiyyət

Putin İlham Əliyevə zəng etdi

Xəzərdə müharibə təhlükəsi: Azərbaycan üçün yeni risklər

Sabah 40 dərəcə isti olacaq

Göyçayın ortasında ağacları zəhərləyən obyekt sahibi kimdir və bu cəsarəti kimdən alır?

Bu ölkədə 7,1 bal gücündə zəlzələ: Sunami təhlükəsi... - Video

Bu ərazilərdə 3 gün su olmayacaq

Dünya çempionatı: Elmir Çərkəzov qazaxıstanlı rəqibini məğlub edib

Bakı şəhəri 93 №-li məktəbin direktorunun qara bazarı -Şagirdlərin sinifdə saxlanılması...

Sürücülərə ŞAD XƏBƏR: Cərimələr geri qaytarılır

Tacikistanda hicab və saqqal qadağan edildi

Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı

Azərbaycanda ŞOK: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı

5 məktəbdə boş qalan yerlərə sərbəst qəbul aparılacaq

Bütün xəbərlər