Ölkəyə 12 500 dollar dəyərində dərman keçirmək istədi - FOTOLAR-VİDEO



















Bakı Baş Gömrük İdarəsi tərəfindən qida təhlükəsizliyi və insan sağlamlığına mənfi təsir edən digər amillərin aradan qaldırılması ilə əlaqədar həyata keçirilən tədbirlər nəticəsində külli miqdarda dərman preparatları müsadirə edilib.

DGK-dən verilən məlumata görə, Bakı Baş Gömrük İdarəsi tərəfindən “City Farm” MMC-nin ünvanına 99LC081/99ZC081 nömrə nişanlı nəqliyyat vasitəsində daxil olan 10 000 kq, 12500 ABŞ dolları dəyərində “Yodex S Povidon” adlı dərman preparatları Bakı Baş Gömrük idarəsinin əməkdaşları tərəfindən normativ sənədlərə uyğun olmadığı üçün saxlanılıb.

Daha sonra gömrük əməkdaşının sayıqlığı və peşəkarlığı sayəsində məlum olub ki, Səhiyyə Nazirliyi “Analitik Ekspertiza Mərkəzi” MMC-nin verdiyi məktubu (sənədi) etibarnamə əsasında həmin şirkətin gömrük işlərini həyata keçirən Həsənov Pərviz Telman oğlu saxtalaşdırıb və yenidən Bakı Baş Gömrük İdarəsinə təqdim edib. Məktubun (sənədin) saxtalaşdırılması ilə bağlı toplanılan sənədlər Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinə göndərilib.

Azərbaycan Respublikasının vətəndaşı Həsənov Pərviz Telman oğluna Azərbaycan Respublikası CM-nin 206.1- ci maddəsi ilə cinayət işi başlanıb və həmin maddə ilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, adı çəkilən dərman preparatları Bakı Baş Gömrük İdarəsi tərəfindən ekoloji poliqonda məhv ediləcək.

Faktla bağlı araşdırma aparılır.



Oxunub: 650

Son xəbərlər

Azərbaycan Çinlə avtomobil yük daşımalarında kvotanı 5 dəfə artırıb

"Həzi Aslanov" metrostansiyasında görülən işlərə dair son vəziyyət açıqlanıb

Rusiyada əlverişsiz hava şəraitinə görə 1 uşaq ölüb, 31 nəfər xəsarət alıb

Dünya və Avropa çempionumuz Kamran Zeynalov Özbəkistanda keçirilən beynəlxalq konfransda çıxış edib

Azərbaycan Beynəlxalq Təchizat Zənciri və Liman Logistikası sərgisində iştirak edir

Almaniyanın diplomatları Xankəndi ilə tanış olublar

Aİ Myanmaya qarşı sanksiyaları bir il uzadıb

Avropa İttifaqının Gürcüstandakı səfiri XİN-ə çağırılıb

BTC ilə bu il nəql olunacaq “Kaşaqan” neftinin həcmi açıqlanıb

Azərbaycanda quş qripi və nyukasl xəstəliyinə yoluxma var? (RƏSMİ AÇIQLAMA)

Buraxılış imtahanında xarici dildən hansı tələblər olacaq?

Vüsalə Əlizadə Azəri qızı Günel ilə qohum oldu

Bu şəxslərin vergi tutulan aylıq gəliri 400 manat azaldılacaq

Bir sıra qanunların "Maliyyə icarəsi haqqında" qanuna uyğunlaşdırılması I oxunuşda qəbul olunub

Azərbaycanlı xanımla evlənmək üçün SÜNNƏT OLDU

Əmək müqaviləsinə xitam verilməsi qaydası dəyişir

Tramp İrana üç gün vaxt verdi: İran müharibəyə hazırlaşır

"Gernika" bu dəfə dünyanın diqqətini İlham Əliyevin Qafqazda sülh naminə yürütdüyü siyasətlə cəlb edir

İki avtomobilin arasında qalaraq öldü

İlham Əliyev Cənubi Afrika Prezidentini təbrik etdi

Əli-Səttar Quliyev işdən çıxdı - Nazirdən yeni təyinat

İlham Əliyevin Çexiyanın Baş naziri ilə təkbətək görüşü keçirilib

İmtahanların başlama saatı DƏYİŞDİRİLDİ

Amnistiya aktının icrası başa çatıb

Kür çayının aşağı axınına suyun buraxılması qərara alındı

Azərbaycan deflimpiyaçıları karate üzrə şotokan dünya çempionatında 7 medal qazanıblar

Bu maşınlara işıq və səs siqnallarından istifadə HÜQUQU VERİLİR

2025-ci ildə qlobal hərbi xərclər 2,8 trilyon dolları keçib

Misli Premyer Liqası: "Sabah" üçün asan, "Zirə" üçün çətin rəqib

Azərbaycan boks millisi Dünya Kubokunda komanda hesabında ikinci yeri tutub

Bütün xəbərlər