Sərhədi pozan 2 nəfər həbs edildi, 4-ü geri qaçdı (FOTO)



















Son günlərdə dövlət sərhədinin etibarlı mühafizəsi və nar­kotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində Döv­lət Sərhəd Xidməti (DSX) tərəfindən bir sıra uğurlu əməliyyatlar keçiril­ib, 21 kq 775 qram narkotik vasi­tənin, 261 ədəd psixotop həb və 175 ml narkotik tərkibli məhlulun dövlət sərhədindən qaçaqmal qismində qanunsuz keçi­ril­məsinin qarşısı alınıb, bu cinayət əməllərinin iştirakçısı olan 2 nəfər şəxs həbs olunaraq cinayət məsuliyyətinə cəlb ediliblər.

DSX-dən verilən məlumata görə, 3 halda İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozmağa cəhd edən 4 nəfər naməlum şəxsin qarşısı alın­ıb, sərhəd pozucuları sər­həd naryadlarının qanuni əmrlərinə ta­be olmayıb və qaçaqmalı sərhəd­boyu zolaqda ataraq geri qaç­ıblar.

3 fevral tarixində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşun­ları­nın “Lənkəran” sərhəd dəstəsinin Astara ra­yonunun Alaşa kən­di yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində 1 nə­fər naməlum şəxsin hərə­kəti müşahidə olunub və ”dayan” əmri verilib. Sərhəd po­zucusu əlindəki bağ­lamaları əraziyə ataraq geriyə qaçıb. Ərazidə aşkar olun­muş 4 ədəd bağla­mada 3 kq 80 qram “kokos”, 1 kq 55 qram “tir­yək”, 105 qram “mari­xuana”, həm­çinin 190 ədəd “tramol 225” mar­kalı həb, 175 ml “mydrax” mar­kalı narkotik tərkibli məhlul aş­kar edilərək götü­rül­üb.

4 fevral tarixində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunla­rı­nın “Horadiz” sərhəd dəstəsinin Beyləqan ra­yo­nunun 2-ci Şah­sevən kəndinin yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində 1 nəfər naməlum şəxsin qarşısı sərhəd nar­yadı tərə­findən alınıb. Sərhəd naryadı “dayan” əmri verərək havaya xəbərdarlıq atəşi açıb, sərhəd pozucusu tabe olmayıb, əlin­dəki bağlamanı əraziyə ataraq geri qaçıb. Bağlamada 10 kq 115 qr “heroin” narkotik vasitəsi və 1 ədəd “Bloԝ 2003 mini” markalı tapança aşkar edilərək götürülüb.

4 fevral tarixində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunla­rının “Horadiz” sərhəd dəstəsinin Füzuli rayo­nunun Böyük Bəh­mənli kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahə­sində 2 nəfər naməlum şəxsin hərə­kətini aşkar edən sərhəd nar­yadı tə­rə­findən ”dayan” əmri verilib, lakin sərhəd pozu­cuları tabe olma­yaraq geriyə qaç­ıblar. Ərazi dərhal qapa­dılaraq axta­rış tədbirləri keçirilib, nəticədə 2 ədəd çantanın içərisində 6 kq 670 qr “ko­kos”, 390 qr kristal şəklində narkotik maddə olan “he­roin”, 360 qr “mari­xuana” və 71 ədəd “psixotrop həb” aşkar edi­lərək götürül­üb.

Narkotik vasitələrin sifarişçilərinin müəyyənləşdirilməsi və ci­na­yət mə­suliy­yətinə cəlb edilməsi istiqamətində Dövlət Sərhəd Xidmətinin əmək­daşları tərəfindən keçirilmiş əməliyyat-axtarış təd­bir­ləri nəticəsində 2 nəfər Azərbaycan Respublikasının vətən­daş­ı Füzuli rayonunun Böyük-Bəhmənli kənd sakinləri 1976-cı il təvəllüdlü Həsənov Seymur İbiş oğlu və 1977-ci il təvəllüdlü İs­mayılov Ramil Ulduz oğlu saxlanılıblar.

Qeyd olunan faktlar üzrə müvafiq əməliyyat-istintaq tədbirləri davam etdirilir.



Sərhədi pozan 2 nəfər həbs edildi, 4-ü geri qaçdı (FOTO)


Sərhədi pozan 2 nəfər həbs edildi, 4-ü geri qaçdı (FOTO)

Sərhədi pozan 2 nəfər həbs edildi, 4-ü geri qaçdı (FOTO)

Sərhədi pozan 2 nəfər həbs edildi, 4-ü geri qaçdı (FOTO)

Sərhədi pozan 2 nəfər həbs edildi, 4-ü geri qaçdı (FOTO)

Oxunub: 830

Son xəbərlər

Baş nazir qərar imzaladı

“European Tobacco-Baku” ləğv edilib

Simonyan əndazələri aşır: Azərbaycanla bağlı daha bir “ittiham”

“Vulverhempton” İngiltərə Premyer Liqasını tərk etdi

Daxili İşlər Nazirliyində Kollegiya iclası keçirilib

"Napoli" Romelu Lukakunu 150 min avro cərimələyib

Piramidalarda DƏHŞƏT: ÖLƏN VAR

Bakıda avtobusların sayı ARTIRILDI

Bu bank pulunuza illik 12% gəlir təklif edir

Əhməd saxlanıldığı tibb müəssisəsindən azad olunub? – RƏSMİ

İsrail Livanın bəzi ərazilərini atəşə tutub

Makron gələn ay Ermənistana gedir

Azərbaycanda İT auditinin aparılması təklif olunur

“Müğənnilik qadın sənəti deyil

İran tankeri ABŞ blokadasını pozub Hörmüzü keçdi

Birol: Hörmüz böhranından sonra enerji bazarının bərpası iki il çəkə bilər

“Four Seasons”da genişmiqyaslı Təhsil Sərgisi keçiriləcək

Bakı metrosuna sərnişinlər niyə buraxılmır?- RƏSMİ AÇIQLAMA

İran tankeri ABŞ-ın blokadasını yararaq Hörmüz boğazından keçib

Qobustanda ana və 3 övladı dəm qazından zəhərləndi

Fransa sərt büdcə qənaətinə keçir

Kənar dairəvi yolda qəza - Ölən var

Məktəbdə yandırılan şagirdin SON DURUMU

Pəri Teymurovaya VƏZİFƏ VERİLDİ

Ağdamda 17 yaşlı qızı maşın vurdu

Cəlili Qalibaf və Əraqçını istefaya məcbur edir

ADB Biləcəri–Yalama dəmir yolu üzrə tender elan edib

Günün qoroskopu: Düşüncələriniz dəyişir

BEA: Dünya enerji xəritəsi yenidən formalaşdırıla bilər

“İran təslim olmayacaq”

Bütün xəbərlər