Azərbaycan sərhədini pozan xarici vətəndaşlar saxlanıldı



















Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə və qey­ri-qanuni miqrasiyaya qarşı mübarizə istiqamətində tədbirlər davam etdirilir.

DSX-dən verilən məlumata görə, dekabr ayının 20-də Yardımlı rayonu Deman kəndi ərazisində İran İslam Res­publikasından Azərbaycan Respublikasına dövlət sərhədindən külli miqdarda nar­kotik vasitələrin keçirilməsinin qarşısı alınıb. Qaçaqmalçılar gətirdikləri malı ataraq geri qaçıblar. Xidməti sahədən qaçaq­mal­çılara məxsus 6 kq 580 qram marixuana və 70 qram heroin götürülüb.

Dekabr ayının 20-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Biləsuvar rayonu ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublika­sından İran İslam Respublikası istiqamətində dövlət sərhədini pozaraq keçməyə cəhd göstərən Özbəkistan vətəndaşı 1982-ci il təvəllüdlü Sadiqova Dilbər Daminovna saxlanılıb.

Dekabr ayının 21-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sər­həd dəstəsinin Füzuli rayonu Babı kəndi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində keçirilmiş tədbirlər nəticəsində Azərbaycan Respublikasından İran İslam Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən Banqladeş Xalq Respublikası vətəndaşları 1993-cü il təvəllüdlü Rubel İmya Abdulmanan və 1996-cı il təvəllüdlü İslam Ariful Abdulla saxlanılıblar. Araşdırma zamanı Banqladeş Xalq Respublikası vətəndaşlarının yeddi ay əvvəl Azərbaycana rəsmi qaydada gəlmələri və dövlət sərhədini pozmaqda məqsədlərinin İrana, oradan isə qeyri-qanuni yolla Türkiyəyə miqrasiya etmək olub.

Qeyd olunan faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Son xəbərlər

Bu ölkə tamamilə işıqsız qaldı

Adil Kərimli Türkmənistan Prezidenti ilə görüşdü

Almaniya Azərbaycanla yeni layihə hazırlayır

Mətanətdən Vüqar Muradova ağır sözlər

Qazın qiyməti UCUZLAŞDI

Ermənistanda seçkidən sonra vətəndaş müharibəsi başlayacaq – SENSASİON DETALLAR

Etibarnaməli avtomobillərlə bağlı VACİB XƏBƏRDARLIQ

Overçuk: yeni MDB formatının çox yaxşı perspektivləri var

Özbəkistan və Yunanıstan əmək miqrasiyası sahəsində əməkdaşlıq üzrə danışıqlar aparır

Bu şəxslərə maaş yeni qayda ilə VERİLƏCƏK

Tehranın uranı üçüncü ölkəyə köçürməyə razılaşdığı iddiası doğru deyil - “Fars

Azərbaycan polisi bir gündə 111 nəfərin saxlanılması barədə MƏLUMAT YAYDI

SON DƏQİQƏ! Bakının bu ərazisində yanğın oldu

70 milyard avroluq yardım Ukraynaya göndəriləcək

İrandan Azərbaycana keçməyə cəhd göstərən əcnəbilər saxlanılıb

Siqaret yenidən bahalaşır - Səbəb açıqlandı

İlham Əliyev Kralı təbrik etdi

Bakıda ABŞ təhsil sərgisi açılıb

Bakıda böyük söküntü başlayır: siyahıda bu ərazilər var

Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb

Abşeronda kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib

Məhkəmə sədrinə ağır itki

Onların hələ də müəyyən sayda raketləri və PUA-ları var - Tramp

Rusiya ordusu Zaporojyeyə dronlarla zərbələr endirdi

İran Amerika bazalarına zərbələr endirməyə hazırdır - Xameneinin müşaviri

İrəvandan Azərbaycanla bağlı ŞOK etiraf

Ərdoğanın oğlu: İsrailə olar, Rusiyaya yox?

Bu xəstəxanaların qarşısında parklanma ləğv edildi - SİYAHI

Bu şəxslərin vərəsələrinə ödəniş veriləcək - Yeni QƏRAR

Azərbaycanın 92 yaşlı alimi 50 İLDƏN SONRA VƏZİFƏDƏN GETDİ

Bütün xəbərlər