QANUNSUZ OV EDƏNLƏR SAXLANILDI

Şəhər, rayon polis orqanları tərəfindən qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirlər mütəmadi olaraq davam etdirilir.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan dogruxeber.tv verilən məlumata görə, İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının bu istiqamətdə keçirdikləri tədbirlər nəticəsində qanunsuz ov edən 2 nəfər, rayonun Kürdmaşı kənd sakinləri Qurban Hüseynov və Tofiq Xəlilov saxlanılıblar. Onlardan müvafiq icra hakimiyyətindən xüsusi icazələri olmadan saxladıqları 2 ədəd “TOZ 63” markalı ov tüfəngi də götürülüb. Saxlanılan şəxslərin barələrində İnzibati Xətalar Məcəlləsinin 272.3 -cü ( Ov qaydalarının kobud şəkildə pozulması ) maddəsi ilə inzibati protokol tərtib olunaraq baxılması üçün İsmayıllı Rayon Məhkəməsinə göndərilib


