ADU-da “Çinin ali təhsili” mövzusunda seminar keçirildi - FOTO













Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda "Çinin ali təhsili" mövzusunda seminar keçirilib.

Açılış nitqi ilə çıxış edən Konfutsi İnstitutunun direktoru professor Rafiq Abbasov Azərbaycanda Çin dilinin tədrisinin perspektivlərindən, Çinin müxtəlif universitetlərində təhsil alan azərbaycanlı gənclərin, eləcə də, respublikamızın ali məktəblərində təhsil alan çinli tələbələrin sayının artmasından, hər iki ölkə tərəfindən təqaüdlərin verilməsindən danışıb. O, ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlığın inkişafının və prezident İlham Əliyevin Çinə səfəri zamanı imzalanan “Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında 2016-2019-cu illərdə təhsil sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun əhəmiyyətini xüsusilə vurğulayıb. R.Abbasov həmçinin qeyd edib ki, bu gün ADU tələbələri nəinki Çinin aparıcı universitetlərində uğurla təhsil alır, eyni zamanda Çinin tələbə gəncliyi həyatında aktiv iştirak edərək Azərbaycan tarixi, mədəniyyəti, siyasəti və iqtisadiyyatına həsr olunmuş tədbirləri mütəmadi olaraq təşkil edir və Azərbaycanın İpək Yolu üzərində müasir, inkişaf edən, tolerant ölkə kimi müasir həyatı haqqında həqiqətləri Çin xalqına çatdırırlar.

Seminarda çıxış edən ADU-nun Konfutsi İnstitutunun könüllüsü, Uxan Universitetinin məzunu Ayan Kərimova Çinin ali təhsil sistemi və məşhur təhsil müəssisələrinə qəbul edildikdən sonra xaricilər üçün tələblər, xüsusilə çinlilərin (HSK) standartlaşdırılmış ixtisas imtahanı sertifikatının qazanılması barədə məlumat verib. A.Kərimova həmçinin xarici tələbələr üçün təşkil olunmuş təqaüd və qrantların növləri, o cümlədən Çin hökumətindəki qrantlar, Çin şəhərləri merləri, Konfutsi İnstitutları və Çinin seçilmiş universitetlərinin təqaüdləri haqqında danışıb. A.Kərimova Çin universitetlərində oxuyan hər bir xarici tələbəyə Çin dili kurslarında da təhsilin vacib olduğunu qeyd edərək, özünün çinli uşaqlar üçün ingilis dili müəllimi kimi təcrübə keçdiyini vurğulayıb.

Seminarın sonunda HSK imtahanını uğurla keçmiş ADU Konfutsi İnstitutunun tələbələri rəsmi sertifikatlarla təltif olunub.

ADU-da “Çinin ali təhsili” mövzusunda seminar keçirildi - FOTO

Son xəbərlər

128 min manatlıq dələduzluq etsə də, məhkəmə zalından azadlığa buraxıldı

“Nar” abunəçiləri üçün eSIM nömrələrdə “Asan İmza” xidməti istifadəyə verildi

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nümayəndələri üçün ÇİRES-ə infotur təşkil olunub

Bu rayonlarda ehsan LƏĞV EDİLDİ

Bakıda yaşlı kişi dənizdə boğularaq öldü

İrəvan QARIŞDI - MSK binası mühasirəyə alınır

Onlar Azərbaycanın imicinə zərbə vurmağa çalışır...

26 yaşlı oğlan kafedə qətlə yetirilib

DYP-dən “Son zəng”lə bağlı müraciət

İlon Mask tarixdə ilk trilyonçu oldu

Rusiyada kütləvi PUA hücumu: 231 dron vuruldu

Azərbaycana güclü istilər gəlir: Temperatur 40 dərəcəyə çatacaq

Pensiyanız arta bilər - Çoxunun bilmədiyi hesablama

Həftəsonu 15 min 700-dən çox bakalavr imtahan verəcək

Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub

Rusiyanın səfiri İrəvana qayıtdı: Moskvada hansı təlimatlar alıb?

Şuşa Bəyannaməsi Cənubi Qafqazda yeni təhlükəsizlik və əməkdaşlıq modelinin əsasını yaradıb

Bakı Metropoliteni yay qrafikinə keçid edir

Azərbaycanda qida məhsulları ucuzlaşıb

Hakan Fidandan Vaşinqton və Tehrana hədəfli çağırış: "Proses alt-üst oldu"

Sosial şəbəkələrdə mənə qarşı şantaj tipli yazılar yazmağa başladılar – Psixoloq

Türkiyə anons etdi: Ermənistanla sərhədlər açılır, ticarət milyarda yüksələcək

Saxta pilot hər kəsi aldatdı - 17 il sənədsiz uçuş etdi

“Qarabağ” Bikalyo ilə müqavilənin detallarını açıqladı

"Bu, bankların kredit verməsini asanlaşdıracaq" - İqtisadçı

Daha bir həkim dünyasını dəyişdi - FOTO

Türkiyə və Bolqarıstan sərhəddə yeni keçid məntəqəsi yaradacaq

Gəmiyə hücumda həlak olanlar dəfn edildi

Paşinyan yeni hökumətlə bağlı müzakirələrə başladı

Məhərrəm ayının və Aşura Gününün vaxtı açıqlandı

Bütün xəbərlər