ADU-da Çinin siyasi tarixinə dair seminar keçirildi













Azərbaycan Dillər Universitetində nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu tərəfindən “Çinin XX əsr siyasi tarixi” seriyasından “Nankin onillik” mövzusunda elmi seminar keçirilib.

Unikal.org xəbər verir ki, əvvəlcə seminar iştirakçıları ümummilli lider Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Universitetin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında əvəzolunmaz xidmətləri, onun unikal diplomatik istedadı haqqında danışıb, Heydər Əliyevin müstəqil Azərbaycanın xarici siyasətinin formalaşmasında, Azərbaycan-Çin münasibətlərinin yaranması və inkişafında rolunu xüsusi vurğulayıb.

O, Ulu öndər Heydər Əliyevin ÇXR-ə iki ölkə arasında çoxtərəfli əməkdaşlığın əsasını qoyan tarixi səfəri haqqında ətraflı məlumat verib. R.Abbasov Azərbaycanın Çinin qlobal əhəmiyyət daşıyan və Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin yaradılmasına yönəlmiş “İpək Yolu iqtisadi kəməri” layihəsinin həyata keçirilməsində aktiv iştirakı, 1998-ci ildə Bakıda ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə keçirilmiş “TRASEKA – tarixi İpək Yolunun bərpa olunması” beynəlxalq konfransı haqqında danışıb. Rafiq Abbasov Çin xalqının 1937-1945-ci illərdə müstəqillik uğrunda milli azadlıq mübarizəsi, həmçinin İkinci Dünya müharibəsində Çinin hərbi-strateji əhəmiyyəti barədə danışıb. Seminarda çıxış edən ADU-nun müəllim və tələbələri XX əsrdə Çində baş verən əsas siyasi hadisələr, Çin xalqının vahid müstəqil Çin uğrunda mübarizəsi, Çin Kommunist Partiyasının fəaliyyəti və müharibənin son mərhələsində Çində hərbi-siyasi vəziyyət barədə danışıblar. Tədbirdə Çinin Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr və siyasət şöbəsinin rəhbəri Zheng Haynin də iştirak edib.

Son xəbərlər

Bu şəxslərə maaş yeni qayda ilə VERİLƏCƏK

Tehranın uranı üçüncü ölkəyə köçürməyə razılaşdığı iddiası doğru deyil - “Fars

Azərbaycan polisi bir gündə 111 nəfərin saxlanılması barədə MƏLUMAT YAYDI

SON DƏQİQƏ! Bakının bu ərazisində yanğın oldu

70 milyard avroluq yardım Ukraynaya göndəriləcək

İrandan Azərbaycana keçməyə cəhd göstərən əcnəbilər saxlanılıb

Siqaret yenidən bahalaşır - Səbəb açıqlandı

İlham Əliyev Kralı təbrik etdi

Bakıda ABŞ təhsil sərgisi açılıb

Bakıda böyük söküntü başlayır: siyahıda bu ərazilər var

Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb

Abşeronda kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib

Məhkəmə sədrinə ağır itki

Onların hələ də müəyyən sayda raketləri və PUA-ları var - Tramp

Rusiya ordusu Zaporojyeyə dronlarla zərbələr endirdi

İran Amerika bazalarına zərbələr endirməyə hazırdır - Xameneinin müşaviri

İrəvandan Azərbaycanla bağlı ŞOK etiraf

Ərdoğanın oğlu: İsrailə olar, Rusiyaya yox?

Bu xəstəxanaların qarşısında parklanma ləğv edildi - SİYAHI

Bu şəxslərin vərəsələrinə ödəniş veriləcək - Yeni QƏRAR

Azərbaycanın 92 yaşlı alimi 50 İLDƏN SONRA VƏZİFƏDƏN GETDİ

Şənbə günü Bakıda 30 dərəcə isti olacaq -PROQNOZ

“Sıfır Tullantı” həmrəylik marafonuna start verildi

49 nəfər səhrada susuzluqdan öldü

Bu türk ölkəsi Dubaya uçuşları bərpa etdi

Yeni təmayül tədris modelinin tətbiq ediləcəyi məktəblərə şagird qəbulu elan edilib

Yeni təmayül tədris modelinin tətbiq ediləcəyi məktəblərə şagird qəbulu elan edilib

Qızıl almaq istəyənlər üçün ŞAD XƏBƏR - 1 qramı...

Kompüterlər üçün ilk ultra-sürətli yaddaş yaradıldı

BMT: Dünyada ərzaq ucuzlaşıb

Bütün xəbərlər