AzMİU-da Heydər Əliyev anıldı













Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin anım gününə həsr olunan tədbir keçirilib.

Unikal.org-un xəbərinə görə, anım tədbirində universitetin professor-müəllim heyəti, tələbələr iştirak edib. Əvvəlcə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin universitetin həyətindəki büstü önünə əklil qoyub, onun əziz xatirəsini ehtiramla yad ediblər.

Tədbiri açıq elan edən universitetin tədris işləri üzrə prorektoru Akif Qasımov ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı xilaskarlıq missiyasından, fenomenal şəxsiyyət və lider kimi səciyyəvi xüsusiyyətlərindən, idarəçilik keyfiyyətlərindən, ümumilikdə dövlətçilik fəaliyyətindən danışıb. Prorektor ümummilli liderin Azərbaycana rəhbərlik etdiyi illərdə apardığı uzaqgörən daxili və xarici siyasətinin nəticəsi olaraq ölkəmizin nüfuzunun artdığını, hərtərəfli inkişafa nail olunduğunu diqqətə çatdırıb.

Sonra AzMİU-nun İctimai fənlər kafedrasının müəllimi Zəminə Əsgərova “Heydər Əliyev- dövlətimizin siyasi və ideoloji varisi kimi” adlı məruzə ilə çıxış edib. O məruzəsində bildirib ki, ulu öndər qeyri-adi şəxsiyyəti, siyasət və dövlət xadiminə xas olan böyük istedadı ilə həmişə fərqlənib, hələ sağlığında canlı əfsanəyə çevrilib. “Ulu öndər hakimiyyətdə olduğu dövrdə Azərbaycanda elm, təhsil, səhiyyə, mədəniyyət və iqtidadiyyat sürətli tərəqqi dövrü keçib. Ümummilli lider Heydər Əliyev öz ali liderlik keyfiyyətləri ilə məhz dünyanın siyasi elitasının ən uca zirvəsində qərarlaşan nəhəng şəxsiyyət kimi xalqının yaddaşına əbədi həkk olub”.

AzMİU-nun Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinin tələbəsi Rəvan Yusubov və Nəqliyyat fakültəsinin tələbəsi Məhbubə Nağızadə isə ulu öndərin gənclər siyasətindən danışıblar, ümummilli lider Heydər Əliyevin gənc nəslin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli qüvvə kimi formalaşmasında böyük xidmətlərini xatırladıblar.

Tədbirin sonunda ulu öndər Heydər Əliyevin şərəfli ömür yolunu özündə əks etdirən “Dahi şəxsiyyət” sənədli filmi nümayiş etdirilib. Daha sonra tədbir iştirakçıları universitetin idman zalında ümummilli liderə həsr olunan sərgiyə baxış keçiriblər.

Son xəbərlər

Bakıxanovda "Möcüzəvi Epidemiya": Eyni anda "quruyan" ağaclar və daş hasarlar... - BU NƏDİ BELƏ?

İsrail əsgəri İran casusu çıxdı

DİM bu şəxslərə müraciət etdi

Netanyahu ABŞ-a gedir - Trampla görüşəcək?

Nazirlikdən ildırım və güclü küləklə bağlı ÇAĞIRIŞ

Gələn ildən müəllimlər illik plan və icmal hazırlamayacaq

Metro ilə bağlı ŞAD XƏBƏR - Bu tarixdən...

Tovuzda zorakılığa məruz qalan qadının əri saxlanıldı

Bakıdakı döyüşdən sonra karyerasını başa vurdu

Anomal istilər: Fransada suda boğulub ölənlərin sayı artır

Böyük Britaniya sosial şəbəkələrdə yeniyetmələr üçün "komendant saatı" tətbiq edəcək

Ukrayna Rusiya helikopterini Rusiyada vurdu

Bakının bu küçəsində hərəkət istiqaməti dəyişdirilir

Prezidentin həmin xəbərdarlığı - Önəmli DETAL

214 min manatlıq məhkəmə qərarı niyə icra olunmur? – Keçmiş hakimdən şikayət

Bakıda 32, rayonlarda 38 dərəcə isti olacaq-PROQNOZ

Bu ölkənin mediasında rus dili qadağan olunacaq

AMEA Bakıdan köçürülür?

Xəzərlə bağlı həyəcan təbili: Hər il...

Siyəzən sakini Milli Oftalmologiya Mərkəzindən şikayətçidir:“Eyni xəstəyə fərqli rəylər verilir”

Azərbaycanda bu ildən məktəblilərə süni intellekt və kibertəhlükəsizlik dərsləri keçiriləcək

Baş Prokurorluq məlumat yaydı

DÇ: İngiltərə və Argentina final uğrunda mübarizə aparacaq

Slovakiya Prezidenti Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

Azərbaycanlı tanınmış model xərçəngdən vəfat etdi

ABŞ İranda kazarmanı vurdu: iki hərbçi öldü

Qarabağ Universiteti və İTÜ-dən ikili diplom proqramı

Bu gündən yeni 100 manatlıq dövriyyəyə buraxılır

“Cənub” Yük Terminalında yeni “cərimə” metodu: Sahibkarlar çıxılmaz vəziyyətdə

Bakıda avtovağzalın yaxınlığında yanacaqdaşıyan avtomobil yanıb- VİDEO

Bütün xəbərlər