Rumıniyada Heydər Əliyevin xatirəsi anılıb - FOTOLAR


















Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycanın Rumıniyadakı səfirliyinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin vəfatının 15-ci il dönümü ilə bağlı keçirilən silsilə tədbirlər çərçivəsində Rumıniyanın paytaxtı Buxarest şəhərində növbəti anım mərasimi baş tutub.

Unikal.org-a verilən məlumata görə, tədbirdən öncə Diasporla İş üzrə Dövlət Komitəsinin aparat rəhbəri Daşqın Rəcəbli, səfirliyin əməkdaşları, Rumıniya azərbaycanlıları birliyinin üzvləri Buxarestdəki Tey parkında Ümummilli Liderin büstünü ziyarət edərək önünə əklil və gül dəstələri qoyub.
Daha sonra tədbir əvvəlcədən müəyyən edilmiş zalda davam etdirilib. Zalın foyesində tədbir iştirakçıları Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən foto və kitab sərgisi ilə tanış olublar. Qonaqlara dahi dövlət xadimi haqqında ətraflı məlumat verilib, tədbir rəsmi hissə ilə davam edib.
Tədbirdə çıxış edən Azərbaycanın Rumıniyada fövqəladə və səlahiyyətli səfiri Hüseyn Nəcəfov ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti barədə məlumat verərək, ölkəmizin yeni tarixinin bütöv bir hissəsinin müasir Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib. Səfir qeyd edib ki, dahi şəxsiyyət Heydər Əliyev 1969-cu ildə Azərbaycana rəhbərlik etdiyi dövrdən başlayaraq ölkəni keçmiş ittifaqın ən qabaqcıl respublikalarından birinə çevirib. Vurğulanıb ki, 1993-cü ildə müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan Respublikasını parçalanmaqdan məhz Heydər Əliyev xilas edib. Ulu Öndərin müdrikliyi, siyasi və dövlətçilik təcrübəsi, yenilməz iradəsi sayəsində ölkəmiz fəlakətdən qurtulub.
Səfir bildirib ki, Azərbaycanın xilaskarı, türk dünyasının böyük oğlu Heydər Əliyevin əvəzsiz xidmətlərini xalqımız heç zaman unutmur.
H.Nəcəfov bildirib ki, 1993-cü ildə xalqın israrlı təkidi ilə Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı nəticəsində Azərbaycanda siyasi sabitlik və təhlükəsizlik bərqərar olub və xarici siyasət sahəsində müsbət dəyişikliklər edilib. Azərbaycan xalqının tarixində və taleyüklü məsələlərinin həllində müstəsna xidmətləri olan Heydər Əliyevin siyasi xətti hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Daha sonra Ümummilli liderin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Diasporla İş üzrə Dövlət Komitəsinin aparat rəhbəri Daşqın Rəcəbli çıxış edərək dahi Heydər Əliyevin dövlətçilik, azərbaycançılıq idealogiyasından, diaspor quruculuğuna verdiyi misilsiz töhfələrdən danışıb.
Tədbirdə ümummilli lider Heydər Əliyevin yaxın dostu, Rumıniyanın sabiq prezidenti Emil Konstantinesku çıxş edərək ulu öndərlə bağlı xatirələrini danışıb, iki ölkə arasındakı münasibətlərin inkişafında Heydər Əliyevin rolundan bəhs edib. E.Konstantinesku tarixi İpək Yolunun bərpasına dair 1998-ci ildə Bakı şəhərində keçirilən Beynəlxalq konfransı yada salaraq xatirələrini bölüşüb və hazırda da ulu öndərin strategiyasının uğurla davam etdirildiyini bildirib. Tədbirdə Ümummilli lider Heydər Əliyevə həsr edilmiş “Böyük ömrün anları” filmi nümayiş olunub.
Anım mərasimində Rumıniya Deputatlar Palatasının üzvü, Rumıniya-Azərbaycan dostluq qrupu rəhbərinin müavini Georgi-Dinu Sokotar, Rumıniya Parlamentinin digər üzvləri, Rumıniyada akreditə olunmuş diplomatik korpusun nümayəndələri, Buxarest Universitetinin professor-müəllim heyəti, tələbələr, “Socar Petroleum S.A.” şirkətinin əməkdaşları da iştirak edib.


Rumıniyada Heydər Əliyevin xatirəsi anılıb - FOTOLAR


Rumıniyada Heydər Əliyevin xatirəsi anılıb - FOTOLAR

Son xəbərlər

Bu şəxslərə maaş yeni qayda ilə VERİLƏCƏK

Tehranın uranı üçüncü ölkəyə köçürməyə razılaşdığı iddiası doğru deyil - “Fars

Azərbaycan polisi bir gündə 111 nəfərin saxlanılması barədə MƏLUMAT YAYDI

SON DƏQİQƏ! Bakının bu ərazisində yanğın oldu

70 milyard avroluq yardım Ukraynaya göndəriləcək

İrandan Azərbaycana keçməyə cəhd göstərən əcnəbilər saxlanılıb

Siqaret yenidən bahalaşır - Səbəb açıqlandı

İlham Əliyev Kralı təbrik etdi

Bakıda ABŞ təhsil sərgisi açılıb

Bakıda böyük söküntü başlayır: siyahıda bu ərazilər var

Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb

Abşeronda kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib

Məhkəmə sədrinə ağır itki

Onların hələ də müəyyən sayda raketləri və PUA-ları var - Tramp

Rusiya ordusu Zaporojyeyə dronlarla zərbələr endirdi

İran Amerika bazalarına zərbələr endirməyə hazırdır - Xameneinin müşaviri

İrəvandan Azərbaycanla bağlı ŞOK etiraf

Ərdoğanın oğlu: İsrailə olar, Rusiyaya yox?

Bu xəstəxanaların qarşısında parklanma ləğv edildi - SİYAHI

Bu şəxslərin vərəsələrinə ödəniş veriləcək - Yeni QƏRAR

Azərbaycanın 92 yaşlı alimi 50 İLDƏN SONRA VƏZİFƏDƏN GETDİ

Şənbə günü Bakıda 30 dərəcə isti olacaq -PROQNOZ

“Sıfır Tullantı” həmrəylik marafonuna start verildi

49 nəfər səhrada susuzluqdan öldü

Bu türk ölkəsi Dubaya uçuşları bərpa etdi

Yeni təmayül tədris modelinin tətbiq ediləcəyi məktəblərə şagird qəbulu elan edilib

Yeni təmayül tədris modelinin tətbiq ediləcəyi məktəblərə şagird qəbulu elan edilib

Qızıl almaq istəyənlər üçün ŞAD XƏBƏR - 1 qramı...

Kompüterlər üçün ilk ultra-sürətli yaddaş yaradıldı

BMT: Dünyada ərzaq ucuzlaşıb

Bütün xəbərlər