30 mənzil sahibinə çıxarış təqdim olundu - FOTOLAR













Daşınmaz əmlakın qeydiyyatında kütləviliyin artırılması, vətəndaşların, o cümlədən, çoxmənzilli bina sakinlərinin rahatlıqla hüquqi cəhətdən təsdiq edilmiş mülkiyyətə sahib olması Əmlak Məsələləri Dövlət Komitəsinin daim diqqət mərkəzindədir. Vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına hədəflənən sistemli tədbirlər çərçivəsində Komitə yeni inşa edilmiş çoxmərtəbəli yaşayış binasında olan mənzil sakinləri üçün ünvanlardaca çıxarış kampaniyasının keçirilməsini genişləndirir. Bakı şəhəri ilə yanaşı regionları əhatə edən sosial kampaniyalar əhalinin xidmətlərdən geniş, çevik formada istifadəsinə və məmnunluğun artırılmasına yönəlib. “Kütləvi çıxarış” kampaniyası da məhz bu amala xidmət edir. Kampaniya sayəsində, yeni yaşayış binalarında, kənd və qəsəbələrdə, eləcə də birbaşa iş yerlərində vətəndaşlar çıxarışla təmin olunur, onlara qeydiyyat xidmətləri göstərilir.
Növbəti belə kampaniya fevralın 20-də Yasamal rayonunda yerləşən 1 bloklu, 5 mərtəbəli, 30 mənzilli yeni yaşayış kompleksində keçirildi. Sosial aksiya çərçivəsində binanın bütün yeni mənzil sahiblərinə çıxarışlar təqdim olundu. Səyyar kampaniya vətəndaşlara çıxarışların təqdim olunması ilə məhdudlaşmadı. Belə ki, daşınmaz əmlakın qeydiyyatı və bu istiqamətdə hüquqi yardımın göstərilməsi üzrə xidmətlərdən 50-yə yaxın vətəndaş istifadə etdi. Qeydiyyat prosedurları, tələb olunan sənədlər və vətəndaşları maraqlandıran digər suallar cavablandırıldı. Bildirildi ki, mənzillərinə çıxarış əldə etmək istəyən vətəndaşlardan yalnız dövlət rüsumu və xidmət haqqının ödənilməsi tələb olunur. Onlar “Əmlakın qeydiyyatı kalkulyatoru”ndan istifadə etməklə əvvəlcədən onlayn şəkildə ödəyəcəyi məbləğlə tanış ola bilər.

Çoxmərtəbəli binalarda “Kütləvi çıxarış” kampaniyaların keçirilməsi ilə mənzillərin qeydiyyata alınması prosesi sürətlənir. Çıxarışlı mənzil sahibi olan hər bir vətəndaş ondan rahatlıqla iqtisadi və hüquqi əməliyyatlarda istifadə edir. Bəzən vətəndaşlar mənzil aldıqdan sonra çıxarışın olub olmaması ilə bağlı problemlərlə qarşılaşır. Bunun qarşısının alınması və vətəndaşların dövlət reyestrində qeydiyyata alınmış mənzilə sahib olması üçün Əmlak Məsələləri Dövlət Komitəsinin elektron xidməti mövcuddur. “Çoxmərtəbəli yaşayış binasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almış mənzillərin mövcudluğu barədə məlumatların verilməsi” adlı bu xidmət vətəndaşa mənzilə dair çıxarışın olub olmaması ilə bağlı dəqiq məlumat verir.


30 mənzil sahibinə çıxarış təqdim olundu - FOTOLAR

30 mənzil sahibinə çıxarış təqdim olundu - FOTOLAR
30 mənzil sahibinə çıxarış təqdim olundu - FOTOLAR

Son xəbərlər

Rusiyanın səfiri İrəvana qayıtdı: Moskvada hansı təlimatlar alıb?

Şuşa Bəyannaməsi Cənubi Qafqazda yeni təhlükəsizlik və əməkdaşlıq modelinin əsasını yaradıb

Bakı Metropoliteni yay qrafikinə keçid edir

Azərbaycanda qida məhsulları ucuzlaşıb

Hakan Fidandan Vaşinqton və Tehrana hədəfli çağırış: "Proses alt-üst oldu"

Sosial şəbəkələrdə mənə qarşı şantaj tipli yazılar yazmağa başladılar – Psixoloq

Türkiyə anons etdi: Ermənistanla sərhədlər açılır, ticarət milyarda yüksələcək

Saxta pilot hər kəsi aldatdı - 17 il sənədsiz uçuş etdi

“Qarabağ” Bikalyo ilə müqavilənin detallarını açıqladı

"Bu, bankların kredit verməsini asanlaşdıracaq" - İqtisadçı

Daha bir həkim dünyasını dəyişdi - FOTO

Türkiyə və Bolqarıstan sərhəddə yeni keçid məntəqəsi yaradacaq

Gəmiyə hücumda həlak olanlar dəfn edildi

Paşinyan yeni hökumətlə bağlı müzakirələrə başladı

Məhərrəm ayının və Aşura Gününün vaxtı açıqlandı

Azay Möhnətov kimdir? — "İlyasın kafesi" “AF Mall”la necə "qohum"dur? -DETALLAR

"İdrak"da olay: silahın sahibi də cinayət təqibinə cəlb olundu

Gəncədə kütləvi dava - Yaralılar var

Ev sahibinin gödəkcəsi ilə 70 min manatlıq qızıl oğurladı - FOTO

Beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq

DİM xarici dil imtahanı üçün 110 manat ödəniş müəyyənləşdirdi

Özgür Özel və komandası CHP-də qurultaya getmək üçün partiya məclisindən istefa verib

Mədəniyyət Nazirliyi 600 minlik mebel alır

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - ŞOK RƏQƏMLƏR

Sürücülərin DİQQƏTİNƏ - Yay aylarında avtomobillərdə bunları etmək mütləqdir

İrandan İordaniyaya 12 ballistik raket hücumu

“Azərişıq” ASC Beyləqanda fermer və sahibkarlarla görüş təşkil edib

Zooparkla “Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” birləşdirilir

Bakı-Qəbələ qatarı Ucarda dayanacaq

Bakıda orqan alveri - Tanınmış həkim və tibb qardaşı HƏBS OLUNDU

Bütün xəbərlər