Qazanların "dibində" narkotika və psixotrop maddələr gizlətdilər - FOTO (VİDEO)













Azərbaycan gömrükçüləri narkotik vasitə və psixotrop maddələrin daha bir “orijinal” gizlətmə üsulu ilə ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.
Cənub Ərazi Baş Gömrük İdarəsinin “Biləsuvar” gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına birlikdə piyada gələn 4 nəfər Azərbaycan vətəndaşı piyada xətti ilə gömrük nəzarəti salonuna daxil olub.

Öncə, onlardan 2 nəfəri əl yüklərini birlikdə gömrük nəzarətinə təqdim ediblər. Rentgen aparatında yoxlanılarkən monitorda həmin yüklərə daxil olan 1 ədəd qazan dəstinin içində şübhəli predmetlərin olması müşahidə edilib.
Həmin iki vətəndaşla sorğu-sual zamanı onlar əl yüklərində gömrük nəzarətindən gizlədilən və ya gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildiriblər.

Bu vaxt sözügedən vətəndaşlarla birlikdə gələn digər 2 nəfər də ardıcıl olaraq əl yüklərini rentgen aparatına qoyublar. Yoxlama zamanı, həmin yüklərə daxil olan daha 1 ədəd qazan dəstinin içində də şübhəli predmetlərin təsviri görünüb.

Daha sonra bütün əl yüklərinə təkrar baxış keçirilib.

Nəticədə, ilk yoxlanılan qazan dəstinin içindəki iki qazandan birində sellofan bükümlə birgə çəkisi 412 qram olan heroin aşkar edilib. Digər qazanda isə iki ədəd sellofan bükümdə - ayrı-ayrılıqda bükümlə birgə çəkisi 53 qram olan metamfetamin və 188 qram heroin aşkara çıxarılıb.

Növbəti əl yüklərinə daxil olan qazan dəstinin içindəki iki qazandan birində isə sellofan bükümlə birgə çəkisi 409 qram olan heroin, digərində isə sellofan bükümlə birgə çəkisi 252 qramolan metamfetamin aşkarlanıb.

Aşkar edilən bütün predmetlər qazanların içərisində onların diametrinə uyğun olaraq sonradan yapışdırılmış və üzü boyanmış metal lövhələrin altında gizlədilsə də, lakin bu gizlətmə üsulu da gömrük nəzarətindən keçməyib.

Beləliklə, bu cəhdin qarşısının alınması nəticəsində ümumilikdə 1009 qram heroin və 305 qram metamfetamin aşkar edilib.

Xatırladaq ki, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı”na daxildir.

Faktla bağlı araşdırma aparılır.




Qazanların "dibində" narkotika və psixotrop maddələr gizlətdilər - FOTO (VİDEO)
Qazanların "dibində" narkotika və psixotrop maddələr gizlətdilər - FOTO (VİDEO)
Qazanların "dibində" narkotika və psixotrop maddələr gizlətdilər - FOTO (VİDEO)

Oxunub: 937

Son xəbərlər

Kəlbəcər və Laçına sulu qar yağıb

SHXÇDX-nin rüşvət almaqda təqsirləndirilən 8 vəzifəli şəxsi həbs edilib - BİRGƏ MƏLUMAT

Qızıl ucuzlaşmağa DAVAM EDİR

İsrail və Livan arasındakı atəşkəs üç həftə uzadılacaq

Günün valyuta məzənnələri açıqlanıb

Odessaya kütləvi dron hücumu nəticəsində 2 nəfər ölüb, 14 yaralı var

"Abşeron Lions" "Neftçi"ni məğlub edib

Cəlilabad Dövlət Peşə Təhsili Mərkəzi yeni nəqliyyat vasitələri satın alır

Sahil Babayev yenidən Azərbaycan Boks Federasiyasının prezidenti seçildi

Gəncədə dəm qazından boğulub ölən və zəhərlənənlər var

Bugünkü əməliyyatda saxlanılanların – Adları

Azərbaycanda maaş sistemi dəyişir – YENİ MODEL

ABŞ Hind okeanında İrana məxsus neft tankerini ələ keçirdi

Tarixin ən böyük enerji böhranı: "Çox neft və qaz itirdik"

Naxçıvan şəhərinin ticarət rəhbəri işdən çıxdı

Sosial media istifadəçilərinin NƏZƏRİNƏ

“Nə vaxta qədər ərə siqaret pulu verməli idim?”

Nazir yeni aparat rəhbəri təyin etdi

"Qalatasaray" TFF ilə bütün əlaqələrini kəsdi

“Yelo Bank”da mənfəət kəskin azalır

UFO tədqiqatçıları ya itkin düşür, ya da ölü tapılır - ABŞ-də müəmmalı hadisə

Yaponiyada 230 min toyuq MƏHV EDİLDİ

Pentaqonda daha bir istefa

TƏBİB: Yeni təyinatlarla bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir

Vergi orqanlarına edilən müraciətlərin sayı 14%-ə yaxın azalıb

Rəqsanə İsmayılova barəsindəki qərar dəyişdirildi

ADSEA Kürün daşması ilə bağlı məlumatlara AYDINLIQ GƏTİRDİ

Ohanyan: “İrəvan 28 mayda Azərbaycana hesabat verəcək”

Prezident müraciət ünvanladı

Etimadın kölgəsində böyüyən sərvət

Bütün xəbərlər