İlham Əliyev Azərbaycan qadınlarını təbrik etdi



















Prezident İlham Əliyev 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib.

Təbrikdə deyilir: "Hörmətli xanımlar! Sizi – bütün Azərbaycan qadınlarını Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Milli varlığımızın ifadəsi olan zəngin mədəni-mənəvi irsimizin, ana dilimizin və adət-ənənələrimizin əsrlərdən bəri qorunub saxlanmasında Azərbaycan qadınlarının müstəsna xidməti vardır. Tariximizin mürəkkəb sosial-siyasi dəyişikliklərlə müşayiət olunduğu dövrlərdə onlar cəmiyyətin sarsılmaz mənəvi dayağına çevrilmişlər. XX yüzilliyin ilk onilliklərində, bəzi qabaqcıl ölkələrin qadınlarından daha əvvəl seçki hüququ qazanaraq ictimai və mədəni həyatın müxtəlif sahələrində fəal iştirak etmələri onların gələcək uğurlarının da rəhni olmuşdur. Qürurverici haldır ki, müsəlman Şərqində qadınlar arasında incəsənətin, elmin və texnikanın bir çox sahələri üzrə ilk addımı məhz mənəviyyatında milliliklə müasirliyin əsl vəhdətini yaratmış Azərbaycan qadını atmışdır.

Azərbaycan qadınları maarifpərvər sələflərinin davamçıları olaraq son yüz ildə ölkəmizin xüsusən təhsil, səhiyyə və mədəniyyət sistemlərinin yeni əsaslar üzərində qurulması işində əzmkarlıq göstərmiş və nailiyyətlərlə dolu parlaq bir yol keçmişlər. Onlar müstəqilliyin bərpasından sonra istiqlal ideallarına sədaqətlə milli dövlətçiliyin təməlinin möhkəmləndirilməsi və ölkəmizin hazırkı simasının müəyyənləşməsində mühüm rol oynamış, bu gün də bilik və bacarıqlarını dinamik inkişaf yolunda inamla irəliləyən respublikamızın iqtisadi, mədəni və elmi potensialının artırılmasına sərf edirlər. Yüksək ictimai mövqe və nüfuzları Azərbaycan qadınlarının hüquq və azadlıqlarının tam təmin edilməsinin nəticəsi olub, müasir həyatımızın ən əlamətdar hadisələrindəndir.

Əminəm ki, siz Azərbaycan xanımları ailə dəyərlərimizin bundan sonra da layiqincə yaşadılmasına çalışacaq, gənc nəslin Vətənə, torpağa məhəbbət, müstəqil dövlətçiliyə və azərbaycançılıq məfkurəsinə sədaqət ruhunda tərbiyəsinə böyük diqqət yetirəcək, ölkəmizin davamlı yüksəlişi naminə töhfələrinizi əsirgəməyəcəksiniz.

Hamınıza cansağlığı, səadət və işlərinizdə müvəffəqiyyətlər arzulayıram.

Bayramınız mübarək olsun!"

Son xəbərlər

Argentina və Fransa növbəti oyunlarına çıxacaqlar

Azərbaycan Gürcüstandan avtomobil idxalını 2 dəfəyə yaxın azaldıb

“Tehran bir sıra məsələlər üzrə razılıq əldə edib”

Gəncədə ağlasığmaz dələduzluq: Maşını lombarda qoydu…

Nazir Fərid Əhmədovdan QƏRAR - Xüsusi icra sistemi ilə bağlı

Ukrayna ordusu Moskva vilayətində kosmik rabitə mərkəzinə dron zərbəsi endirib

Restoranda özünü polis kimi təqdim edən şəxs həbs olunub

Azərbaycanda qadınların pensiya yaşı artırılır – gələn həftədən

Futbol necə yaranıb? – Dünyanın ən populyar idmanının tarixi

Özbəkistan Prezidenti Azərbaycanın səfirini qəbul edib

Yeni Android smartfonu alanda dərhal dəyişdirməli olduğunuz 4 parametr

Sibirdəki türklər: Rusiya bizi ölümə göndərir

Moskvanın bütün aeroportlarında uçuşlar dayandırıldı

Salyanda yol qəzasında 5 nəfər xəsarət alıb

Sabah qaz kəsiləcək - Bu ərazilərdə

Xalq artistinin bacısı və qardaşı ürək əməliyyatı keçirdi

Berdiməhəmmədov Zəfər parkını ziyarət etdi

Numan Kurtulmuş Azərbaycana gələcək

Bu həftə 4 gün işləyəcəyik

Azərbaycan-Türkmənistan sənədləri mübadilə olundu

Starmer istefa verdi

Xətai rayonunda konsert keçirilib

Azərbaycan Türkmənistana tanker hədiyyə etdi

Cinayət törədən 83 nəfər saxlanıldı

Qızına elçi düşən şəxsi döyərək öldürdü

Aqil Şirinov: Bu il İlahiyyat İnstitutundan 59 tələbə məzun olur

Susuz qalan paytaxt, cavabsız suallar və idarəetmənin görünən nəticələri

Krımda su qıtlığı yaşanır...

Anomal istilərə görə bu ölkədə 845 məktəb bağlanacaq

Qətərdə partlayış oldu

Bütün xəbərlər