hadise
11.03.2019, 10:34
Xırdalanda “Chery” kanalizasiya quyusuna düşdü - FOTOLAR

Abşeron rayonu Xardalan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
Qəza bu gün səhər Xırdalan şəhəri "Bizim Market"in qarşısında küçələrin birində kanalizasiya xətlərinin bərpası ilə əlaqədar yollar qazılıb, təmir işləri aparılan zaman baş verib.
Belə ki, “Chery” markalı avtomobilin sürücüsü idarəetməni itirərək kanalizasiya quyusuna düşüb.
Hadisə ilə bağlı sürücü xəsarət almasa da avtomobilə ciddi ziyan dəyib.Unikal.org



