hadise
12.03.2019
Bakıda 18 yaşlı gəlin itkin düşdü - 8 martda

Bakıda qadın gecə saatlarında itkin düşüb.
dogruxeber.tv Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu ərazisində baş verib.
Sabirabad rayonunda qeydiyyatda olan və paytaxtın Sabunçu rayonunun Sabunçu qəsəbəsində yaşayan, 2001-ci il təvəllüdlü İsmayılova Sevda Cəbrayıl qızı martın 8-də gecə saat 02 radələrində evdən çıxıb və bir daha geri qayıtmayıb.
Həyat yoldaşının müraciətindən sonra polis araşdırmalara başlayıb.


