Rumıniya baş nazirinin müavini ADU -da mərkəzin açılışında - FOTO













Azərbaycan Dillər Universitetində (ADU) Rumın dili və mədəniyyəti mərkəzinin açılışı olub. Mərkəzin təntənəli açılışından əvvəl Azərbaycan və Rumıniya arasında strateji tərəfdaşlığın qurulmasının 10 illiyi münasibəti ilə konfrans təşkil edilib.

Tədbirdə ADU-nun rektoru akademik Kamal Abdulla, Rumıniyanın Baş nazirinin müavini xanım Ana Birçal, bu ölkənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan İanku, Azərbaycan–Rumıniya Parlamentlərarası İşçi qrupunun rəhbəri, millət vəkili Azay Quliyev, Azərbaycan Respublikası Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov, Rumıniyanın sabiq prezidenti Emil Konstantinesku və başqa rəsmi qonaqlar iştirak edib.
Universitetin rektoru akademik Kamal Abdulla rəhbərlik etdiyi ali təhsil ocağında Rumın dili və mədəniyyəti mərkəzinin açılmasını əlamətdar hadisə kimi dəyərləndirib. Rektor qeyd edib ki, ADU xarici dil və mədəniyyət mərkəzlərinin sayını daha bir mərkəzlə də genişləndirir. Akademik Kamal Abdullanın sözlərinə görə, ADU-da Rumın dili artıq tədris olunur, tələbələr bu dili böyük həvəs və məmnuniyyətlə öyrənirlər:
“Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan iki dövlət arasında qarışılıqlı münasibətlər bu gün Prezidentlər cənab İlham Əliyevin və Klaus Yohannisin məqsədyönlü siyasəti nəticəsində daha da dərinləşib. Bu mərkəzin açılışı Azərbaycan-Rumıniya əlaqələrinin geniş kontekstində öz sözünü deyəcək, güclü, faydalı istiqamət olacaq. Biz Azərbaycan Dillər Universitetində hər hansı dili və mədəniyyəti təbliğ edərkən arzumuz ondan ibarət olur ki, öz dilimizin və mədəniyyətimizin həmin ölkədə təbliği üçün bizə şərait yaradılsın. Rumın tərəfi çox böyük məmnuniyyətlə bizim bu xahişimizi qəbul edib. Ümid edirik, yaxın gələcəkdə biz Rumıniya universitetlərindən birində Azərbaycan dil və mədəniyyət mərkəzinin yaradılmasında iştirak edəcəyik. Bizim universitetdə bu mərkəzin yaradılması sözün həqiqi mənasında böyük hadisədir. Mərkəzin yüksək səviyyədə fəaliyyəti üçün müəllimli-tələbəli əlimizdən gələni edəcəyik. Rumın dili və mədəniyyəti mərkəzinin açılması Azərbaycan-Rumıniya dostluq əlaqələrinin ən bariz təzahür formalarından biridir. Bu, eyni zamanda Azərbaycan və Rumıniya prezidentlərinin və xalqlarımızın bir-birinə münasibətinin təzahürüdür. Və nahəyət Azərbaycan və Rumıniya gənclərinin gələcəkdə yaranan və inkişaf edəcək münasibətlərinin bu gün təməli qoyulan təzahürüdür. Hamınızı bu gözəl gün münasibəti ilə ürəkdən təbrik edirəm”.
Rumıniyanın Baş nazirinin müavini xanım Ana Birçal iki ölkə arasında strateji tərəfdaşlığın qurulmasının 10 illiyi münasibəti kontekstində geniş məruzə ilə çıxış edib. Ana Birçal Azərbaycan Dillər Universitetində Rumın dili və mədəniyyəti mərkəzinin açılışını yüksək qiymətləndirib, universitetin rəhbərliyinə, o cümlədən kollektivə öz təşəkkürünü bildirib.
Rumıniya Parlamentlərarası İşçi qrupun rəhbəri, millət vəkili Azay Quliyev, Azərbaycan Respublikası Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov, Rumıniyanın sabiq prezidenti Emil Konstantinesku iki ölkə arasında siyasi, iqtisadi, elmi-mədəni əlaqələrin yüksələn xətlə inkişaf etdiyini vurğulayıb, ötən on il ərzində bu istiqamətdə bir sıra vacib layihələrin həyata keçirildiyini diqqətə çatdırıblar.
Daha sonra tədbir iştirakçıları Novruz süfrəsinin qonağı olub, Azərbaycan Dillər Universitetində Rumın dilini öyrənən tələbələrlə ünsiyyət qurublar.

Rumıniya baş nazirinin müavini ADU -da mərkəzin açılışında - FOTO

Son xəbərlər

Rusiyada yaşamaq istəyənlərin NƏZƏRİNƏ: Rüsumlar artır

Ərdoğandan Netanyahuya xəbərdarlıq

Azərbaycanlı və erməni iş adamları görüşəcəkmi? – “Zəngəzur dəhlizindən asılıdır”

Turan klinikasında sertifikatsız həkimlər necə fəaliyyət göstərir?

Yeni təmayül tədris modelinin əsas üstünlükləri nələrdir?

"Yaxşı polis, pis polis" - Aİ Rusiya ilə danışıqlar üçün xüsusi komanda yığır

Aygün Məmmədliyə yüksək vəzifə verildi

Azərbaycan iqtisadiyyatı 2031-ə qədər artacaq

Marketlərdə bu məhsullar kəskin bahalaşdı

İnstaqramdan YENİLİK - Bunu da etmək mümkün olacaq

İstanbulda bir evdən 42 ilan çıxdı

Eynulla Fətullayev restoranını da satdı

“Maxi.az” rəhbərinə “stop” qoyuldu – Milyonlarla borca görə..

Müəllimlərin sertifikasiya imtahanı üçün yerlər AÇIQLANDI

İranda 20 min nəfər susuz qalıb

Avtobus gecikirsə, sərnişin təzminat ala bilər?

“Alternativi olmayan Ermənistana sülh daha çox lazımdır”

Ukrayna Rusiyanın neft obyektlərini vurdu

Gürcüstan Türkmənistan-Avropa nəqliyyat əlaqələrində tranzit rolunu vurğulayır

Sabahın havası açıqlandı

Vyetnamın Baş prokurorunun ölkəmizə işgüzar səfəri başa çatdı

Rusiya Zaporojye, Odessa və Xarkovu VURDU

8 mindən çox şəxsə ilk dəfə əlillik təyin edilib

Baş nazirdən MÜHÜM QƏRAR

Qanunsuz saxlanılan silahlar aşkarlandı

Avropa İttifaqı İsrailə qarşı sanksiyaları sərtləşdirməyəcək

Milli Məclisin komitə iclası keçirilir

Diabet üçün gözlənilməz risk faktorları müəyyən edildi

Goranboy Rayon Mərkəzi Xəstəxanasında 100 min manatlıq "zibil atılacaq"

Baş Qərargah rəisi: İsrail İrana ağır zərbə planlaşdırıb

Bütün xəbərlər