“Cənub” Elektrik Stansiyasına yeni qaz xətti çəkilir














“Azərenerji” ASC “Reabilitasiya proqramına” uyğun olaraq ölkə elektrik enerjisi sistemi üzrə “itirilmiş” generasiya güclərinin bərpası məqsədilə apardığı işləri davam etdirir.

Qoyuluş gücü 780 MVt olan “Cənub” Elektrik Stansiyası sentyabr ayında təhvil alınan zaman stansiyanın yükü 520 MVt olduğu halda, görülən işlər nəticəsində güc 720 MVt-a qaldırılıb və 200 MVt itirilmiş güc bərpa edilib. Lakin “Azərenerji” ASC stansiya üzrə əldə edilən bu nəticə ilə kifayətlənmək fikrində deyil və əlavə tədbirlərini davam etdirir.

"Reabilitasiya Proqramına” uyğun olaraq hazırda Hacıqabul rayonunda yerləşən qaz paylayıcı stansiyadan Şirvan şəhərində yerləşən “Cənub” Elektrik Stansiyasına 25 km məsafədə 530 diametrli yeni qaz xətti çəkilir. Buna səbəb isə əvvəl kənardan alınan qazın keyfiyyətinin aşağı olması ilə yanaşı istehsal prosesində bəzi problemlərin yaranması idi. Belə ki, hazırda “Cənub” ES-də hər birinin gücü 5 MVt olmaqla 2 ədəd qaz kompressoru işləyir, onlar qazın təzyiqini 6 atmosferdən 25 atmosferə qədər qaldırılmalı olur. Bu da orta hesabla ay ərzində 7 milyon kVts elektrik enerjisi sərfinə gətirib çıxarır. Yeni xətt çəkiləndən sonra qaz birbaşa turbinə daxil olacaq və həmin kompressorların işləməsinə ehtiyac qalmayacaq. Bununla da həm istehsal prosesində sərf edilən aylıq 7 milyon kVts elektrik enerjisinə qənaət ediləcək, həm də həmin 7 milyon kVts elektrik enerji yükü ümumi sistemə ötürüləcək. Ən əsası isə bununla “Cənub” Elektrik Stansiyasının etibarlığı və dayanıqlığı artırılmaqla yanaşı, itirilmiş gücün bərpası istiqamətində daha bir addım atılmış olacaq.

Son xəbərlər

Qanunsuz saxlanılan silahlar aşkarlandı

Avropa İttifaqı İsrailə qarşı sanksiyaları sərtləşdirməyəcək

Milli Məclisin komitə iclası keçirilir

Diabet üçün gözlənilməz risk faktorları müəyyən edildi

Goranboy Rayon Mərkəzi Xəstəxanasında 100 min manatlıq "zibil atılacaq"

Baş Qərargah rəisi: İsrail İrana ağır zərbə planlaşdırıb

Xəzərdə zəlzələ olub

Avro və rubl bahalaşdı

Xarici qüvvələr ərazimizə yaxın olduqları müddətdə risk altındadırlar -Əraqçi

Rusiyanın liman və aeroportları da sanksiyalar siyahısında

Əli Əsədovdan mühüm SƏRƏNCAM

Onların məhkəməsi başlayır

Evini satanlar üçün ciddi problem: Minlərlə vətəndaş qeydiyyatsız qala bilər

Ermənistan Rusiyadan yeni “Tor” kompleksləri aldı

Tedesko yeni komandasında imzasını atdı

Hikmət Hacıyev: “Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfəri keçib”

Bakının bu ərazisində göl daşdı, həyətlər çirkab su ilə doldu

AMB rəsmisi: Azərbaycan ödəniş əməliyyatlarında yeni zirvələrə çatıb

Rusiya müharibənin bitmə şərtini açıqladı

ABŞ məhkəməsi Trampın "H-1B" vizaları üçün müəyyən etdiyi 100 min dollarlıq rüsumu ləğv edib

İşləyənlərə əlavə pul veriləcək - Yeni qaydalar açıqlandı

10 məşhurun narkotik testi müsbət çıxdı

Kərim Xan vəzifəsindən kənarlaşdırıldı

İmamoğlu və Özəl silindi...

Yol tikintisi apararkən 13 min torba qızıl tapdılar

Bakının iki rayonunda işıq olmayacaq

“Mərkəzi Klinika”nın həkimi müharibə əlilinin ölümünə səbəb oldu – İDDİA

Özbəkistanda təxminən 19 500 xarici investisiyalı müəssisə qeydiyyata alınıb

Pensiya və sosial müavinətlərə bağlı yenilik

Sumqayıtda evdə meyit tapıldı

Bütün xəbərlər