Qaradağda Novruz şənliyi keçirildi













Xalqımızın xeyirxahlıq, mehribanlıq və qonaqpərvərlik kimi gözəl hisslərini təqdim edən ən əziz bayramı - Novruz bayramı Qaradağ rayonu ərazisində geniş qeyd olundu. Bayram münasibəti ilə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Heydər Əliyev parkında geniş bayram tədbiri təşkil olunub.

Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov, Milli Məclisin deputatı Mixail Zabelin, YAP Qaradağ rayon təşkilatının sədri, Milli Məclisin deputatı Aydın Hüseynov, Şura üzvləri, idarə, müəssisə və təşkilat rəhbərləri və rayon ictimaiyyəti iştirak edirdilər.

Rayon rəhbərliyini qarşılayan Bahar qızı hamını Novruz Bayramının gəlişi ilə təbrik etdi. Sonra ənənəyə uyğun olaraq Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov və Milli Məclisin deputatı Aydın Hüseynov bayram tonqalını yandırdılar. Rayon rəhbərliyini və qonaqları təşkil olunmuş tədbirdə Bahar qızı, Keçəl və Kosa müşayiət etdi.

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov hamını bu gözəl bayram münasibəti ilə təbrik etdi, xoş arzularını bildirdi. Qeyd etdi ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev milli mənəvi dəyərlərimizə həmişə böyük hörmətlə yanaşıb, adət-ənənələrimizin qorunub saxlanmasına daim diqqət və qayğı göstərib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz müstəqillik, demokratiya yolu ilə inamla addımlayaraq bütün sahələrdə geniş islahatlar proqramını həyata keçirir, dünya birliyinə uğurla inteqrasiya edir. Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyeva xalqımızın milli varlığını özündə yaşadan maddi-mənəvi və intellektual irsə böyük həssaslıqla yanaşır, mədəniyyətimizin dünyada təbliğində böyük işlər görür.

Şənlik folklor nümunələrinin nümayişi ilə yadda qaldı. Xalqımızın adət-ənənələri, ayin və mərasimləri canlandırıldı. Rəqqaslar milli musiqinin sədaları altında oynaq rəqslər ifa edib, məktəblilər şeir oxuyub, gənc pəhləvanlar meydan mübarizəsinə çıxdılar. Onlardan geri qalmayan kəndirbazlar da öz məharətlərini göstərdilər.

Tədbir iştirakçılarını Novruz şirniyyatına, kabablara qonaq edildilər. Keçəl və Kosanın şən zarafatları insanların üzündə təbəssüm yaradırdı.
Tədbirin sonunda bayram konserti keçirildi.


Qaradağda Novruz şənliyi keçirildi
Qaradağda Novruz şənliyi keçirildi


Qaradağda Novruz şənliyi keçirildi
Qaradağda Novruz şənliyi keçirildi

Son xəbərlər

Ukrayna ordusuna daha çox əcnəbi könüllülər cəlb olunacaq

Bakı Limanında quru yük aşırılması artıb

Azərbaycanda zəlzələ oldu

Ötən il 2,6 mlrd. manat büdcə vəsaiti banklara yerləşdirilib

Masallıdan nazirə məktub: Əmriniz əleyhimizə çevrilib - BU NƏDİ BELƏ?

Azərbaycanda hər 6 nəfərdən biri məktəblidir - Yeni statistika

İlhamə Quliyevanın bacısı qızı ilk məhkəmədə həbs olundu - FOTO

Yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının fəaliyyəti ilə bağlı tələblərin pozulmasına görə cərimələr müəyyənləşir

Şuşada bu işləri görmək qadağan edilir

Prezident Putinə məktub göndərdi

Rusiyada boru kəmərində baş verən partlayışda üç nəfər ölüb

"WhatsApp" bu telefonlarda işləməyəcək - Tarix açıqlandı

Azərbaycanda yeni cərimələr müəyyənləşir - 50 min manatadək

Şuşada bu işləri görmək qadağan edilir

Əlilliyi olan 57 min şəxsə reabilitasiya xidmətləri göstərilib

İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alındı

Millət vəkili: Azərbaycanın xarici siyasəti qlobal miqyasda sülhü və qarşılıqlı anlaşmanı təşviq edir

Bu barədə yalan məlumat verənlər cərimələnəcək - Yenilənib

Dünya çempionatı açılışında dava düşdü

128 min manatlıq dələduzluq etsə də, məhkəmə zalından azadlığa buraxıldı

“Nar” abunəçiləri üçün eSIM nömrələrdə “Asan İmza” xidməti istifadəyə verildi

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nümayəndələri üçün ÇİRES-ə infotur təşkil olunub

Bu rayonlarda ehsan LƏĞV EDİLDİ

Bakıda yaşlı kişi dənizdə boğularaq öldü

İrəvan QARIŞDI - MSK binası mühasirəyə alınır

Onlar Azərbaycanın imicinə zərbə vurmağa çalışır...

26 yaşlı oğlan kafedə qətlə yetirilib

DYP-dən “Son zəng”lə bağlı müraciət

İlon Mask tarixdə ilk trilyonçu oldu

Rusiyada kütləvi PUA hücumu: 231 dron vuruldu

Bütün xəbərlər