Ərdoğan Trampın bəyanatını sərt tənqid etdi



















"Dünən ABŞ Prezidenti Donald Trampın Colan təpələri ilə bağlı uğursuz açıqlaması regionu yeni bir böhranın, yeni bir gərginliyin astanasına gətirib".

dogruxeber.tv “Bloomberg”ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğan İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının Yeni Zelandiyadakı terror aktı ilə bağlı İstanbulda keçirilən növbədənkənar yığıncağında bildirib.

"Colan təpələri 1967-ci ildə İsrail tərəfindən işğal edilərkən, sadəcə, ərəblər yox, türkmanlar da öz doğma torpaqlarından köçməyə məcbur edilib. Türkiyənin və İslam Əməkdaşlıq Təşkilatının bu cür həssas məsələdə səssiz qalması, de-faktolara boyun əyməsi qeyri-mümkündür. Colan təpələrinin işğalının legitimləşdirilməsinə əsla yol vermərik”, - deyə o qeyd edib.

Türkiyə lideri martın 15-də Yeni Zelandiyanın Kraystçörç şəhərindəki iki məscidə 51 nəfərin ölməsinə, 47 nəfərin yaralanmasına səbəb olan terror aktını aysberqin görünən tərəfi kimi dəyərləndirib: "Baş verənlər dünyada güclənən mədəni irqçiliyin, mədəniyyətlər arasında ixtilafın əlamətidir. Bu gün qarşımızda açıq-aşkar İslam düşmənçiliyi var. Bu təhdid artıq təhlükəsizlik qurumlarının da məsuliyyətindədir. Eynilə İŞİD, "Əş-Şəbab", PKK kimi neonasist qruplar da terror təşkilatları qismində görülməli və dəyərləndirilməlidir. Holokost üçün necə antisemitizmin qarşısı alınmışdısa, yüksələn İslam düşmənçiliyi ilə də eyni şəkildə mübarizə aparılmalıdır”.

Ərdoğan getdikcə daha geniş vüsət alan mədəni irqçilikdən təkcə müsəlmanların deyil, yəhudilərin, başqa dini və milli azlıqların da əziyyət çəkdiyini, İslam düşmənçiliyi məsələsinin BMT və Avropa İttifaqı kimi platformalara gətirməyin vacib olduğunu vurğulayıb.

Son xəbərlər

İrəvandan Azərbaycanla bağlı ŞOK etiraf

Ərdoğanın oğlu: İsrailə olar, Rusiyaya yox?

Bu xəstəxanaların qarşısında parklanma ləğv edildi - SİYAHI

Bu şəxslərin vərəsələrinə ödəniş veriləcək - Yeni QƏRAR

Azərbaycanın 92 yaşlı alimi 50 İLDƏN SONRA VƏZİFƏDƏN GETDİ

Şənbə günü Bakıda 30 dərəcə isti olacaq -PROQNOZ

“Sıfır Tullantı” həmrəylik marafonuna start verildi

49 nəfər səhrada susuzluqdan öldü

Bu türk ölkəsi Dubaya uçuşları bərpa etdi

Yeni təmayül tədris modelinin tətbiq ediləcəyi məktəblərə şagird qəbulu elan edilib

Yeni təmayül tədris modelinin tətbiq ediləcəyi məktəblərə şagird qəbulu elan edilib

Qızıl almaq istəyənlər üçün ŞAD XƏBƏR - 1 qramı...

Kompüterlər üçün ilk ultra-sürətli yaddaş yaradıldı

BMT: Dünyada ərzaq ucuzlaşıb

Dövlət Xidməti Ağsuda vətəndaş qəbulu keçirdi

Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb

Yay üçün arıqlamaq istəyənlər bu səhvə yol verməsinlər

Hicran Hüseynova dünyasını dəyişdi

“Liverpul” yeni baş məşqçisini açıqladı

İtaliyada dörd miqrant diri-diri yandırıldı

Məhv olmuş planetin ilk qəti sübutu tapıldı

Oğluna dördüncü dəfə Laçında toy etdi

ABŞ Haitidən gələn və 240 miqrantı daşıyan qayığı saxlayıb

Türkiyə terrorla mübarizədə Nigerə yardım edəcək

Putin İlham Əliyevə buna görə təşəkkür etdi

Yeni Delhidə oteldə yanğın olub – 21 nəfər ölüb, 17-si əcnəbidir

Tovuzun Cəlilli kəndi içməli su ilə təmin olunub

Əraqçi Xameneinin öldürüldüyü vaxt onun ofisində imiş - detalları açıqladı

Livanda ölənlərin sayı 3 526 nəfərə çatdı

Zelenski Putinə görüş və atəşkəs təklif edib

Bütün xəbərlər