İmişlidə Əhməd Əhmədzadənin Qasım Qasımov RÜZGARI əsir – 20 000 avro fevralda kimə verildi?




“Dövlət vəzifəsi insanlara xidmət etmək üçündür. 1-ci xidmətçi mənəm”. Bu sözlərin müəllifi ölkə Prezidentidir. Lakin bəzi hallarda dövlət vəzifəsindən insanlara xidmət etmək üçün deyil, şəxsi məqsədlər naminə istifadə edilir. Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin rəhbərlik etdiyi dövlət müəssisəsinin tabeliyində olan qurumların bəzilərində xidmət şəxslərin şəxsi mənfətləri üçündür. Bir müddət öncə cənab Əhmədzadənin rəhbərlik etdiyi qurumun tabeliyində olan Ağdam rayonundakı müəssisənin rəhbərinə məxsus sərvətin miqdarını onun öz oğlu mediaya açıqlamışdı. BakuNews.az-a İmişlidəki mənbədən daxil olan məlumatda bildirilir ki, rayonun Qaradonlu kəndində yerləşən Mərkəzi Muğan Kollektorunun İstismarı idarəsinin rəisi Qasım Qasımovun sərvəti ilə müqayisədə başqalarının daşınar və ya daşınmaz əmlakının topu müqayisəyə gəlməz. Mənbənin verdiyi məlumata görə Qasımovun rayonun Hacalımuradlı kəndindəki yalnız xırdabuynuzlu heyvanlardan ibarət fermasındakı qoyunların sayı minlərlədir. Bu yalnız sərvətin bir, həmdə cüzi hissəsidir. Sual olunur dövlətdən aldığı aylıq məvacibi bir neçə yüz manat olan idarə rəisi bu qədər sərvəti haradan qazanıb. Həmən gözlər onun tutduğu vəzifəyə yönəlir. Deməli...
Bəli Qasım Qasımov bu məsələdə tək deyil. Onu öz sərvəti ilə müşayət edənlərdə var. Məsələnin ən qəribə tərəfi bu şəxslər də, məhz Əhməd Əhmədzadənin rəhbərlik etdiyi quruma tabe olan müəssisələrin rəhbərləridir. Məsələn İmişli rayonu Aranlı kəndində yerləşən Mərkəzi Muğan Qış Otlaqlarının Su Təminatı Sistemlərinn İstismarı idarəsinin rəisi Allhaverdi Əliyev. Mənbənin bildirdiyinə görə bu şəxslərin son illər əldə etdikləri sərvətlərin miqdarı sadə Azərbaycan vətəndaşının düşünə bilməyəcəyi qədərədir. İndi isə ümumi sözlərdən konkret faktlara keçək. Bir neçə gün öncə Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin rəhbərlik etdiyi dövlət qurumuna tabe olan İmişlidəki müəssisələrdən birinin rəhbəri əldə etdikləri bu qədər sərvət müqabilində onlara ayrılan dövlət vəsaitinin azlığından şikayətlənirmiş. Həmin müəssisə rəhbəri ASC-nin ayırdığı vəsaitin cəmi 17%-i ilə işləməyin onlar üçün çətinlik yaratdığını deyərkən yanında bir neçə şəxs də olub. O halda sual olunur bəs 83%-lik böyük bir rəqəmin taleyi necə olur? “Biz yalnız 100%-ə qol çəkirik. Bizə çatan isə cəmi 17%-dir”-deyə söyləyən həmin şəxsin kimliyidə redaksiyaya məlumdur. Hədəf Əhməd Əhmədzadədir. Axı 83%-lik böyük məbləğ, həm də ölkə boyu hər bir idarədən məhz ona qaldığı qənaətini yaradır. O da məlumdur ki, Mərkəzi Muğan Kollektorunun İstismarı idarəsinin rəisi Qasım Qasımovla, Mərkəzi Muğan Qış Otlaqlarının Su Təminatı Sistemlərinn İstismarı idarəsinin rəisi Allhaverdi Əliyev və daha bir nəfər fevral ayında əllərindəki manatı 20 000 avroya nə üçün çeviriblər və kimə veriblər?

Mövzuya qayıdacağıq.

Yazıda adı çəkilən şəxslərində mövqelərini dərc etməyə hazırıq.

BakuNews.az

Son xəbərlər

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı

Tut ağacından yıxılıb öldü

Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib - Araşdırma BAŞLANILDI

Əfqanıstanda qadınların etiraz aksiyalarını yatırmaq üçün hərbi texnika cəlb edildi

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir - ŞOK

“Bir plus” mağazasından şikayət: Nasaz məhsullar satılır?

Litvada həyəcan siqnalı: qırıcılar havaya qaldırıldı

Yatmağı çox sevən 4 bürc açıqlandı

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

Polad Həşimovun oğlu Teymur da məktəblə vidalaşdı - FOTO

Keçmiş məhkum Nərimanovda 5 min dollar oğurladı - Saxlanıldı

Türkiyədə Azərbaycan vətəndaşından külli miqdarda narkotik götürüldü

Tutun bilinməyən zərərləri - Kimlər bu meyvəni yeməməlidir?

Su polisi Hövsanda qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxlayıb

Dövlət Xidməti Gədəbəydə gənclər üçün tədbir keçirdi

Məşhur rus alim Ermənistan hava limanında saxlanıldı

Zəngilanda müşavirə keçirildi

Xətai rayonunda “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı möhtəşəm konsert proqramı təşkil edilib+VİDEO

Türk dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7 milyard dolları ötüb

Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN

Səhhəti pisləşdi, konsertləri təxirə salındı

Ukrayna ordusuna daha çox əcnəbi könüllülər cəlb olunacaq

Bakı Limanında quru yük aşırılması artıb

Azərbaycanda zəlzələ oldu

Ötən il 2,6 mlrd. manat büdcə vəsaiti banklara yerləşdirilib

Masallıdan nazirə məktub: Əmriniz əleyhimizə çevrilib - BU NƏDİ BELƏ?

Azərbaycanda hər 6 nəfərdən biri məktəblidir - Yeni statistika

İlhamə Quliyevanın bacısı qızı ilk məhkəmədə həbs olundu - FOTO

Yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının fəaliyyəti ilə bağlı tələblərin pozulmasına görə cərimələr müəyyənləşir

Şuşada bu işləri görmək qadağan edilir

Bütün xəbərlər