Qasım Qasımov tərəfindən süpürgəçi belə bağışlanmadı






Tahir Məmmədovun Şamaxı rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyinatı illərdir ki, bu rayonda ehkamlaşmış ənənələrə son verməkdədir. Xatırladaq ki, Şamaxı illərdir ki, hər yerdə özünü PA rəhbərinin müavini Zeynal Nağdəliyevin adamı kimi təqdim edən RİHB-nin I müavini Qasım Qasımovun istəklərinə uyğun idarə edilir. RİHB-dəki mənbədən daxil olan məlumata görə Tahir Məmmədovun təyinatı artıq həmin istəkləri suya düşürməkdədir. Lakin mənbə əlavə olaraq onu da bildirdi ki, I müavinin illər öncədən formalşdırdığı güclü komandası var. Qasımov məhz həmin komanda vasitəsilə gücünü qorumağa cəhd edir.

RİHB-nin müavini – ictimai-siyasi şöbənin müdiri Gülnisə Ələkbərovanın da daxil olduğu komanda artıq bəzi məsələlər üzərində düşünməyə başlayıb. Ötən saylarımızın birində Şamaxıdakı Mədəni – Maarif Kollecinin həyətindən 10 sot torpaq sahəsinin başçının müavini — ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülnisə Ələkbərovaya ev tikintisi üçün verilməsi ilə bağlı məlumatın dərcindən sonra redaksiyaya xanım müavinlə bağlı yeni məlumat daxil oldu. Belə ki, xanım müavinin Şamaxı rayonunun sabiq, Beyləqanın isə hazırkı İHB Asif Ağayevin Abaxıl kəndi ərazisindəki meşə massivində olan villası ilə qonşuluqda da hasara alınmış ərazisi var. Mənbənin bildirdiyinə görə hələ bu da son deyil. Məlumatda o da bildirilir ki, G.Ələkbərova mətbuatda haqqında dərc edilən məlumatdan sonra Şamaxı Su-Kanal İdarəsində işləyən həyat yoldaşı Rəsulla bağlı da qərar qəbul etməyə məcbur olub. Xatırladaq ki, RİHB-nin müavini vəzifəsi postu ilə paralel, eyni zamanda rayonda fəaliyyət göstərən Tender Komissiyasının da sədri olan xanım Ələkbərova, həyat yoldaşına dövlət proqramı olan Dəmirçilər kəndində turizm zonası yaradılması projesində əsaslı görəv vermişdi. Lakin mətbuatın bu istiqamətdə dərc etdiyi məlumatdan sonra Rəsul müəllim geri çağrılıb.
Mənbənin verdiyi məlumata görə RİHB-dəki mətbəx xəbərlərinin mediaya yol tapması Şamaxı RİHB-nin I müavini Qasım Qasımovu xeyli qəzəbləndirb. Hətta cənab Qasımov o qədər qəzblidir ki, küçə süpürgəçilərindən birinin məruz qaldığı haqsızlığa rəğmən “Şamaxının yiyəsi yoxdur” sözlərinə görə onu işdən qovdurub. İşdən qovulan süpürgəçi yeni başçının qəbulunda üzləşdiyi problemlə bağlı ona məlumat vermək istərkən Qasımov məsələyə müdaxilə edib: o rayon rəhbərliyini təhqir edib. Və məsələ bununla da bitib. Əslində isə süpürgəçinin söylədiyi cümlədə rayon rəhbərliyini təhqir edən hər hansı nüans yoxdur. Belə də ki, onu işdən qovdurmaq əvəzinə çağırıb problemini dinləmək və həll etmək daha doğru varinat olmazdımı? Axı dövlət qulluqçusu vətəndaşın xidmətçisidir. Bəlkə cənab Qasımov bu fikri də qəbul etmək istəmir.
Bu gün Şamaxı rayon İHB Tahir Məmmədovun növbəti dəfə vətəndaşları qəbul edəcəyi ilə bağlı Conflict.az-a məlumat verən mənbə bildirdi ki, I müavin ilk qəbuldakı problemi təkrar yaşamağı düşünmür. Elə ona görə də, ötən gündən şikayətçiləri zərərsizləşdirmək taktikasına başlayıb. Hər halda günün sonunda bu günkü qəbulla bağlı yeni məlumatları əldə edəcəyik.
Mövzuya qayıdacağıq.
Redaksiya məlumatda adı çəkilən qurum və şəxslərində cavab haqlarını tanıyır, dərc etməyə hazırdır.Conflict.az

Son xəbərlər

Xətai rayon İcra Hakimiyyəti dəyirmi masa keçirib

Moskva əlindən gələni etdi, Qərb imkan vermədi - Şoyqu

1 vəkil xaric olundu, 1-nə xəbərdarlıq edildi, 5-i isə cərimələndi

Ağcabədidə nöqsanlar aşkarlanan pendir istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Qubada güclü leysan yolu uçurdu - 6 kəndlə əlaqə kəsildi

Ən zəif internet provayderləri açıqlandı

Lukaşenko Zelenskidən üzr istədi – Belarus başçısından sensasiyalı etiraflar

İşçilərin şirkətdə pay sahibi olması: Yeni qanun layihəsi müzakirəyə çıxarıldı

Müəllimlər üçün vahid forma, yoxsa dres-kod?

Göygöldə minlərlə manatlıq gül və ağac alınır

“Qarabağ”ın potensial rəqibləri müəyyənləşdi

Magistraturaya qəbul imtahanının nəticələri açıqlandı

Əhmədlidə açıq ərazidə yanğın başladı

Meloni Ərdoğanın məsləhətinə əməl etdi, siqareti tərgitdi

Əraqçi və Lavrov İran-ABŞ razılaşmasını müzakirə etdi

Alimlər açıqladı: Ağcaqanadlar bəzi insanları niyə daha çox sancır?

Avtomobil sığortası dəyişdi: Qəza törədənlər 30% çox ödəyəcək

Əhliman Əmiraslanov: Bölgələrdə ilkin tibbi xidmətin səviyyəsi çox aşağıdır

Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi

Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Qanunsuz silah-sursat aşkarlandı

Dünyanın ən zəhərli ağaclarından biri: Yağışda əsla altında dayanmayın

Bombardman təyyarəsi qəza törətdi - 2 pilot həlak oldu

Hörmüz boğazından keçid pullu ola bilər

“Bu, AZAL-ın beynəlxalq istiqamətlərinə çıxış imkanı verəcək”

Blokadanın bitməsindən sonra İran neft ixracını bərpa etdi

Maştağada bədbəxt hadisə

Qohum təyinatları, təcrübəsiz kadrlar və su təsərrüfatında mübahisəli idarəetmə+Video

Əməkdar artistin xanəndə oğlu vəfat etdi

İlham Əliyevdən mühüm FƏRMAN

Bütün xəbərlər